Yaradıcılıq, texnologiya və startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!
“James Webb” teleskopu kosmosda ilk dəfə mürəkkəb üzvi maddələr aşkarlayıb
JWST ilk dəfə canlı orqanizmlər üçün vacib struktur elementləri rolunu oynayan formaldehid və sirkə turşusu da daxil olmaqla, protoulduzların ətrafında kompleks üzvi molekullar müəyyən edib. Yeni araşdırmada bir qrup astronom Perseus molekulyar buludunda təxminən 2 işıq ili məsafədə olan bir cüt Gənc, Böyük və Kiçik kütləli protostarları tədqiq edib. Tədqiqatın nəticələri “Astronomy and Astrophysics” jurnalında dərc edilib.
“Blue Origin” uzun fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Blue Origin NS-24 adlı missiyasını heç bir problem olmadan yerinə yetirməyi bacardı. Bu pilotsuz missiya çərçivəsində SpaceX Falcon 9 kimi təkrar istifadə edilə bilən New Shepard raketi (ümumilikdə 24-cü buraxılış idi) ilə 33 müxtəlif elmi və tədqiqat yükü, eləcə də bəzi yüklər səmaya daşınıb.
“Microsoft”dan daha bir yenilik: Öz fiqurunu yarat!
Microsoft Designer sizi afişalara, loqolara çevirə bilən süni intellektlə işləyən dizayn proqramıdır. Bu proqram vasitəsilə istifadəçilər öz "Funko POP" fiqurlarını yarada bilərlər. Proqrama yaratmaq istədiyiniz fiqurun xüsusiyyətlərini əlavə edərək bu funksiyadan istifadə edə bilərsiniz.
İlk dəfə olaraq bir il ərzində 200 müxtəlif raket orbitə buraxılıb
Bəşəriyyət ilk dəfə olaraq bir il ərzində orbitə 200 müxtəlif raket buraxıb. Bunun arxasında duran ən böyük qüvvə “SpaceX” şirkəti olub. 2023-cü ildə Elon Musk-ın özəl kosmik şirkəti “SpaceX” tək başına 90-dan çox missiya həyata keçirib. Bu, həqiqətən də mühüm nailiyyətdir, lakin ətraf mühitə və ozon təbəqəsinə mənfi təsirlərlə bağlı narahatlıqlar da mövcuddur.
"Apple" AirPods 3 üçün yeniləmə təqdim edib
Apple üçüncü nəsil AirPods üçün yeni proqram təminatı yeniləməsini təqdim etdi. Şirkət bu yeniləmənin təfərrüatlarını açıqlamayıb. Buna görə də, proqram təminatına nələrin daxil olduğu bəlli deyil. Beləliklə, istifadəçilər sınayaraq bu yeniliklərin nə olduğunu müəyyən edə bilər. Ola bilsin ki, bu yeniləmə bəzi səhvlərin düzəldilməsi üçün nəzərdə tutulub.