Biz tez-tez "lider" və "menecer" terminlərinin bir-birini əvəz etdiyini eşidirik. Lakin bu iki termin və vəzifə arasında fərqlər xeyli çoxdur.

Trilogy.News bu yazıda lider ilə menecerlər arasındakı fərqlərdən bəhs edəcək.

Vizyon / İcraetmə

Liderlər vizyonun qurulmasından məsuldurlar. Bu o deməkdir ki, liderlər hazırda şirkətin olduğu situasiyadan daha çoxunu - gələcəyi düşünüb hansı işlərin yerinə yetirilməli olduğunu götür-qoy edirlər. 

Eyni zamanda menecerlər bu vizyona ən tez zamanda çatmaq üçün əsas nüansları anlayıb onun icrasına başlamalıdırlar.

Liderlər böyük şəkli görüb ora çatmaq üçün strategiya qurmağa, menecerlər isə bu böyük strategiyanı hissələrə bölüb, icraedilə bilən tapşırıqlara ayırmağa vaxt sərf edirlər.

İnsanlar / Proseslər

Digər önəmli fərqlərdən biri budur: liderlər insanlara, menecerlər isə proseslərə fokuslanır.

Liderlər insanları (xüsusən də, işçilərini) ilhamlandırmağa, motivə etməyə çalışırlar. Rəhbərlik etdikləri insanlara mentor kimi baxdıqları üçün liderlər işçilərinin dəyərlərini anlamağa ciddi cəhd göstərirlər. 

Menecerlər isə biznes məqsədlərinə əsaslanaraq istənilən nəticələri verəcək proseslərə baxırlar. İnsanlara diqqət etsələr də, bu, çox vaxt onların əsas prioriteti deyil.

Liderlik / İdarəetmə bacarıqları

Liderlik, əsasən, yumşaq bacarıqlara əsaslanan bacarıqdır. Menecment, yəni idarəetmə üçün isə texniki bacarıqlara sahib olmaq üstünlükdür.

Ümumi liderlik bacarıqları qərarvermə, kommunikasiya, əlaqə qurma, strateji düşüncə hesab edilə bilər.

Ən önəmli idarəetmə bacarıqlarına isə planlaşdırma və büdcə idarəsi, tapşırıq bölgüsü, yaradıcılıq, problemlərin həllini aid etmək olar.

Posted 
Jun 17, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All