Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Volvo V70" modelinin LEGO versiyası hazırlanıb

Volvo V70

350 mindən çox LEGO parçasından istifadə edərək, 1:1 miqyaslı LEGO Volvo V70 istehsal edilib. David Gustafsson öz avtomobili olan Volvo V70-in LEGO versiyasını istehsal etmək üçün müsabiqədə qazandığı 400 min LEGO parçasından istifadə edib. Avtomobilin təkərləri quraşdırılarkən həqiqi təkərlərdən istifadə olunub. Gustafsson-un bir ildir üzərində çalışdığı model hələlik istehsal mərhələsində olsa da, “eCar Expo” sərgisində nümayiş olunub.

“YouTube” rənglərə görə təşkil edilmiş ana səhifə yeniləməsi üzərində işləyir

“YouTube” ana səhifəsi üçün fərqli rənglər təklif olunacaq. Seçimlər qırmızı, yaşıl mavi ilə uyğunlaşdırılmış rənglərdən ibarətdir. Qeyd edək ki, rənglərin videonun mövzusu ilə heç bir əlaqəsi yoxdur. Bununla belə, yeni fərdiləşdirmə seçimi Premium istifadəçilər üçün ola bilər.

Kosmosda ən uzun müddət qalma rekordu qırılıb!

Oleg Kononenko

Rusiyalı kosmonavt Oleq Kononenko kosmosda 878 gün qalaraq dünya rekordunu təzələyib. 59 yaşlı O.Kononenko kosmosda 878 gün qalaraq, 2015-ci ildə dünya rekorduna imza atmış rusiyalı Gennadi Padalkanı geridə qoyub. Qeyd edək ki, O.Kononenko 2008-ci ildən Beynəlxalq Kosmik Stansiyaya 5 dəfə səyahət edib.

"Google" indiyə qədərki ən güclü mətndən şəkilə süni intellekt alətini təqdim edib

"Google" məhsuldar süni intellekt sahəsində işlərini davam etdirir. Yeni süni intellekt aləti "ImageFX" "Google"un ən qabaqcıl mətndən şəkilə modelidir və indiyə qədərki ən yüksək keyfiyyətli şəkilləri təqdim edir. "ImageFX" istifadəçilərə təsvirin yaradılmasını tez və təhlükəsiz şəkildə araşdırmaq üçün güclü interfeys təklif edir.

"Huawei" məşhur qulaqlıq modelini yeniləyib

Şirkət 2022-ci ildə təqdim etdiyi "FreeBuds 4E" modelini yeniləyib. Bu yeni versiya iki cihazla birləşdirilə bilər. Qulaqlıqların hər biri səs-küyün ləğvi funksiyası açıq olduqda 2,5 saat, söndürüldükdə isə 4 saat istifadə imkanı təqdim edir. Şarj qutusu 60 dəqiqə ərzində tam doldurula bilir. Bununla belə, qulaqlıqlar toza və suya davamlıdır.

Posted 
Feb 5, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All