Phone 15 Pro Max”la uzaqgörən olacağıq
Məşhur “Apple” analitiki Minq-Çi Kuo görüntünün keyfiyyətini azaltmadan onu daha da böyütməyə imkan verəcək periskop obyektivinin “iPhone 15 Pro Max”da görünəcəyini açıqladı. “iPhone 15” seriyasını həyəcanla gözlədiyimiz bir vaxtda bu smartfonlar haqqında bir çox məlumat gəlməyə davam edir. Məsələn, ötən günlərdə, telefonun səs düyməsində dəyişiklik edilə biləcəyini demişdik. Bu gün isə “iPhone”lara illərdir gəlməsi gözlənilən xüsusiyyətin yeni seriyada görünəcəyi artıq dəqiqdir. Məşhur “Apple” analitiki Minq-Çi Kuonun sözlərinə görə, “Apple iPhone 15” ailəsinə periskop kamera obyektivi gətiriləcək. Bu yeniliklə seriyanın ən yaxşı cihazını əldə etmiş olacağıq və bu “iPhone 15 Pro Max” üçün özəl olacaq.
“Google Podcasts” 500 milyon yüklənməni ötüb
Telefonlar, kompüterlər, ağıllı səsucaldıcı kimi bir çox cihazda istifadə oluna bilən “Google Podcasts” həm də oflayn dinləmə təcrübəsi təqdim edir. “Google Podcasts” “Play Store”da 500 milyon dəfə yüklənib. Bu vəziyyət “Play Store”da bir yenilik kimi təsvir edilib. “Spotify” kimi həm musiqi, həm də podkastların dinlənilməsinin mümkün olduğu proqramlar istisna olmaqla, digər podkast proqramları hələ 100 milyon yükləmə həddini keçə bilməmişdi. Qeyd edək ki, 2020-ci ilin noyabr ayında “Google Podcasts” “Play Store”da 50 milyon yükləməyə çatan ilk podkast proqramı olmuşdu. Beş ay sonra isə bu rəqəm iki dəfə artaraq 100 milyona çatıb.
“Windows 12” gəlir
“Microsoft” yeni interfeysi sınaqdan keçirir. Ötən aylarda ortaya çıxan “Windows 12” ekran görüntüsünün real olduğuna dair yeni sübutlar ortaya çıxmağa başlayıb. Ötən aylarda “Windows 12” əməliyyat sisteminin dizaynını əks etdirən ekran görüntüsü ortaya çıxıb. Bəzi istifadəçilər və ekspertlər bu görüntüyə şübhə ilə yanaşırdılar, çünki “Microsoft” indiyədək gələcək əməliyyat sistemləri haqqında mümkün qədər az məlumat sızdırıb. Dəqiq olmayan məlumata görə, “Windows 12” əməliyyat sistemi 2024-cü ildə rəsmi olaraq buraxılacaq.
“Apple” virtual reallıq eynəyinin seriyalı istehsalını dayandırıb
Tanınmış analitik Minq - Çi Kuo bildirib ki, “Apple” virtual reallıq eynəyinin istehsalını bu ilin üçüncü rübünə təxirə salıb. O, həmçinin şirkətin bazar perspektivləri ilə bağlı müsbət fikirdə olmadığını da qeyd edib. Kuonun dediklərinə əsasən, cihazın kütləvi istehsalı avqust və ya sentyabr aylarında başlayacaq. Əslində, virtual reallıq eynəyinin may-iyun aylarında istehsala buraxılması nəzərdə tutulurdu, lakin təqvimdə dəyişiklik edilib. O bu barədə tvit də paylaşıb:
“Oppo A1x” təqdim edilib, içində nələr var nələr…
Çin texnologiya nəhəngi “Oppo” yeni A seriyalı smartfonunu təqdim edib. “Oppo A1x” adlanan model 5G dəstəyi, 6,56 düymlük ekran və “MediaTek Dimensity 700” prosessoru ilə gəlir. “Oppo” Çində 5G bağlantısını dəstəkləyən yeni orta sinif ağıllı smartfonunu təqdim edib.
Onu da nəzərinizə çatdıraq ki, şirkətin A seriyalı cihazlarının arasına qoşulan “Oppo A1x” çox sərfəli qiymət etiketi ilə istehlakçılara təqdim ediləcək.
“Hyundai”dən Upcycling Moda Kolleksiyası
“Moschino”nun keçmiş kreativ direktoru Ceremi Skott ilə əməkdaşlıq edən “Hyundai”, elektrikli avtomobil hissələrindən hazırlanmış müasir moda kolleksiyasını təqdim edib.
Bu kolleksiya bu il 4-cü ildönümünü qeyd edən və avtomobil tullantılarını dəb məhsullarına çevirmək üçün yaradılmış “Hyundai”ın Upcycling (yararsız əşyalara ikinci həyat vermə) moda platforması olan “Re:Style” altında hazırlanmışdır.
Qeyd edək ki, kolleksiyanın adı “Re:Style 2023”dür.
Bir dəqiqə, bu “Heinz”dir?
“Heinz Türkiyə” hər hansı bir “Heinz” butulkasının içinə başqa markaların ketçupları qoyulduqda bu vəziyyəti rəng kodu ilə aşkar edə biləcək etiketlər hazırlayıb. ABŞ-da rəqib markaların ketçupunu öz şüşələrində təqdim edən restoranları hədəf alan, yeni kampaniyası ilə ketçup fırıldaqçılarını ifşa edən “Heinz”, Türkiyədə saxta “Heinz”i aşkar edə bilən etiketləri istifadə etməyə başlayıb.
Wunderman Thompson Türkiyə tərəfindən imzalanan araşdırmada markanın özünəməxsus qırmızı rənginə əsaslanaraq hazırlanan etiketlə, hər hansı bir “Heinz” şüşəsinə digər markalardan ketçup qoyulduqda, bu vəziyyətin müştərilər tərəfindən satın alınmadan əvvəl fərqinə varılması hədəflənir.