Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Trump "Apple" üçün iki böyük təhlükə yaradır!

How Will President Donald Trump's New Tariffs Affect Apple Products and  Prices? - Bloomberg

Donald Trump-ın yenidən prezident seçilməsi ilə "Apple" yeni iqtisadi və siyasi çağırışlarla üzləşib. ABŞ-nin Çindən edilən idxala 10 %-lik gömrük rüsumu tətbiq etməsi, "Apple"ın istehsal xərclərini artıraraq satışlarına mənfi təsir göstərə bilər. "Apple" daha əvvəlki Trump dövründə gömrük rüsumlarından azad edilsə də, Çin-ABŞ arasında artan gərginlik bu dəfə vəziyyəti daha da çətinləşdirə bilər.

Hollandiya "DeepSeek"i qadağan edib!

What is DeepSeek Coder: Revolutionizing Code Automation in Latenode

Hollandiya hökuməti təhlükəsizlik narahatlıqları səbəbindən "DeepSeek"in dövlətə məxsus cihazlarda istifadəsini qadağan edib. Dövlət naziri Zsolt Szabo tətbiqin "casusluğa meyilli" olduğunu bildirib və bu qərarın yalnız mərkəzi hökumət cihazlarını əhatə etdiyini qeyd edib. "DeepSeek", Çindəki High-Flyer Capital Management tərəfindən dəstəklənən və qısa müddətdə məşhurlaşan süni intellekt proqramıdır. Daha öncə ABŞ, İtaliya, Avstraliya və Cənubi Koreya kimi ölkələr də oxşar qadağa qərarları almışdılar.

"Apple" ilk qatlana bilən telefonu nə vaxt gəlir?

Katlanabilir iPhone, akıllı telefon sektörünü sarsabilir! - Sihirli Elma

"Apple"ın illərdir üzərində işlədiyi ilk qatlanan "iPhone" haqqında yeni məlumatlar ortaya çıxıb. Sözügedən cihazın 2026-cı ilin payızında təqdim ediləcəyi gözlənilir. Yeni model "Samsung Galaxy Z Fold" seriyasına rəqib olacaq və açıq halda cəmi 4,6 mm, qatlanmış halda isə 9,2 mm qalınlıqda olacaq. Telefon 7,6-7,9 düymlük qatlanan OLED ekran, ultra nazik şüşə texnologiyası və titanyum materialı ilə istehsal ediləcək.

"SEGA" "Football Manager 2025"i ləğv edib

Football Manager 25 Decided to cancel its development ✓ Aiming for a major evolution of the series by renewing the UI and graphics and adding new elements, but it was found that more time was needed than expected to ensure quality ✓ Cancel the release of this title and focus on development of next title by taking over development assets ✓ Recorded a loss associated with a write-down of inventory assets in Q3

"SEGA" bu ilin gözlənilən "Football Manager 2025" oyununun buraxılmayacağını açıqlayıb. Şirkətin rüblük hesabatında bildirilib ki, ümumi oyun təcrübəsi və interfeys tələb olunan səviyyədə deyil. Bununla belə, "SEGA" və "Sports Interactive" komandası diqqətlərini "Football Manager 2026"ya yönəldiblər.

"OpenAI" yeniləndi: yeni loqo, şrift və dizayn

Here's OpenAI's new logo | The Verge

"OpenAI" yeni loqo, şrift və dizaynı əhatə edən rebrendinq prosesini tamamlayıb. Yeni loqo əvvəlkindən daha aydın xətlərə və mərkəzində bir qədər geniş boşluğa malikdir. Şirkət dizayn prosesində "ChatGPT" və "DALL·E" kimi AI vasitələrindən də istifadə edib.

Posted 
Feb 7, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All