Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Microsoft" Polşada kibertəhlükəsizlik üçün 700 milyon dollar investisiya edəcək

Microsoft Slated to Invest $80 Billion in AI-Enabled Data Centers This  Fiscal Year

"Microsoft" Polşanın kibertəhlükəsizliyini artırmaq üçün əlavə 700 milyon dollar sərmayə qoyacağını açıqlayıb. Şirkətin prezidenti Bred Smit bu investisiyanın, Polşa Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini bildirib. Bu, "Microsoft"un 2020-ci ildə elan etdiyi və 2023-cü ildə istifadəyə verilən 1 milyard dollarlıq məlumat mərkəzi layihəsinin ikinci mərhələsi olacaq. Yeni investisiya Polşada bulud xidmətlərinin genişləndirilməsini və dövlət qurumlarının təhlükəsizliyinin gücləndirilməsini hədəfləyir.

MrBeast-in "YouTube" gəliri sızdırılıb

MrBeast - Similar YouTube channels and user reviews

İnternetdə yayılan iddialara görə, MrBeast-in aylıq gəliri 4 milyon dollardan çoxdur. Bu məlumatların həqiqiliyi hələ təsdiqlənməsə də, sosial mediada geniş müzakirələrə səbəb olub. MrBeast tərəfindən rəsmi açıqlama verilmədiyi üçün məlumatların nə dərəcədə doğru olduğu bilinmir.

"iPhone SE 4" "Apple"ın ilk öz istehsalı 5G modemi ilə gəlir 

"Apple" yeni "iPhone SE 4" modelində ilk dəfə öz istehsalı olan 5G modemindən istifadə edəcək. İddialara görə, bu modem mmWave 5G dəstəyinə malik olmayacaq və nəticədə daha aşağı yükləmə və endirmə sürətləri təqdim edəcək. Qualcomm modemlərindən imtina edən "Apple" bu addımla öz texnologiyalarına daha çox nəzarət etməyi hədəfləyir.

"Google Maps"ə AI dəstəyi gəlir!

google maps yapay zeka desteği geliyor

"Google" Android üçün "Maps" tətbiqinə süni intellekt əsaslı "Gemini" xüsusiyyətini əlavə etməyə hazırlaşır. Bu yenilik sayəsində istifadəçilər seçdikləri məkanlar haqqında yazılı və ya səsli sorğularla asanlıqla məlumat əldə edə biləcəklər. Test mərhələsindən sonra xüsusiyyətin geniş istifadəçi kütləsinə təqdim olunacağı gözlənilir.

"Google Chrome"a AI ilə gücləndirilmiş təhlükəsizlik xüsusiyyəti əlavə olundu

DOJ: Chrome Must Split Off From Google | PCMag

"Google" "Chrome" brauzerində təhlükəsizlik səviyyəsini artırmaq üçün süni intellektlə gücləndirilmiş yeni qoruma sistemini təqdim edib. Bu xüsusiyyət zərərli faylları, şübhəli veb-saytları avtomatik analiz edərək istifadəçiləri potensial təhlükələrə qarşı xəbərdar edir. “Safe Browsing” funksiyası süni intellektlə təkmilləşdirilib və bir neçə aylıq sınaqdan sonra bütün istifadəçilər üçün əlçatan olub.

Posted 
Feb 18, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All