Son yarım ildə təxminən 2 milyard dollar sərmayə qoyaraq həm dünyada, həm də Türkiyədə ən dəyərli onlayn bazar təşəbbüsləri arasında adını qeyd edən “Getir” bu yaxınlarda fəaliyyətə başladığı ABŞ-da istintaqa cəlb olunub.

3 keçmiş işçinin “Getir”ə qarşı iddia qaldırmasından sonra Nyu York Dövlət Əmək Departamentinin başlatdığı istintaq çərçivəsində yerli müəssisənin əmək haqqı ilə bağlı qeyri-qanuni üsullara əl atdığı bildirilir. Şirkət Nyu Yorkdakı işçilərinin maaşını maaş günü verə bilmədiyi və bəzi işçilərin maaşlarını əl ilə verdiyi iddia edilir.

“Getir”in 6 əməkdaşı bu mövzu haqqında “Business Insider”ə müsahibə veriblər.

Onlar bildiriblər ki, startap ödənişlər etmək üçün “Cash App” və “Zelle” istifadə edir, bəzən çek yazıb əl ilə ödəyir. Bununla da işçilərin heç vaxt xalis maaşları ilə bağlı məlumat ala bilmədikləri, əlavə işlədiyi saatlara görə kompensasiyanın işçilər tərəfindən hesablana bilmədiyi və hökumətin maaşlarla bağlı qaranlıq qaldığı bildirilib.

Həmin anonim qrup həmçinin dövlət işsizlik agentliklərində “Getir”dən əldə etdikləri gəlirlə bağlı heç bir qeydlərinin olmadığını açıqlayıb. Bruklin Federal Məhkəməsində “Getir”ə qarşı iddia qaldıran üç keçmiş işçi menecerlərinin nahar fasilələri kimi fasilələr zamanı ödənişsiz işləməsini istədiklərini iddia etdilər. Keçmiş işçilər ultra sürətli çatdırılma vədlərinin bir hissəsi olaraq ciddi metrik hədəflərə tabe olduqlarını və bu yanaşmanın kuryerləri riskə ataraq qəzalara səbəb olduğunu söyləyib.

İttihamlardan sonra “Insider”ə danışan “Getir”in ABŞ filialının əməliyyatlarının rəhbəri Langston Dugger şirkətin "bütün tətbiq olunan qanun və qaydalara tam riayət etmək üçün maksimum diqqətli olduğunu" söyləyib.

Dugger deyir: “Bizim niyyətimiz maaş və ya proqram uyğunsuzluğu ilə bağlı hər hansı fərdi iddianı diqqətimizə çatan kimi həll etməkdir. Biz işimizin insani tərəfini tanıyırıq, bu da bəzən səhvlərə yol aça bilər, lakin biz bütün işçilərimizə layiq olduqları hörmət, ləyaqət və təzminatla rəftar etmək üçün əlimizdən gələni edirik”.

Posted 
Jul 19, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All