E

stoniyada qurulan süni intellekt və alqoritm yönümlü maliyyə texnologiyaları şirkəti olan "Ziv4 Technology" 1 milyon avro dəyərləndirmə ilə 65,000 avro investisiya alıb.

Təşəbbüsün qurucu ortaqları Ahmet Yasin Acar, Ömər Faruk Yıldırım və Hüseyn Kaan Küçük açıqlamalarında bildirib:

"İnvestisiya aldığımız bu dövrdə məhsullarımızı tamamlayacağıq və süni intellektin gücünü daha da artırmaq üçün çalışacağıq. Texnologiyanı hər kəs üçün əlçatan edərək demokratik maliyyə bazarı mühitinin yaradılmasında vəsilə olmaq istəyirik. Bizim üçün bu, maliyyə bazarlarında əlavə dəyər yaratmaq məqsədimizə çatmağımıza imkan verəcək ən mənalı mərhələdir”.

SABAH.HUB-un 6 aylıq akselerator proqramını uğurla başa vuran və iyul ayında keçirilən #BakuID2023 tədbirində 65 qlobal startap arasında finala yüksələn "Ziv4" Avropada keçirilən tədbirlərdə və yarışmalarda öz yerini tutmağa başlayıb.

İnvestisiya turuna Türkiyə Azərbaycandan tanınmış adların qatılması diqqət çəkib

"Tamer Capital"ın baş direktoru Kemal Tamerin rəhbərlik etdiyi tur "EGİAD Angels" İnvestisiya Şəbəkəsi Koordinatoru Melisa İtmeç, Qlobal Kriptovalyuta Birjası Meneceri Celil Öztürk və "Plato Capital"ın baş direktoru Tamerlan Bayramlının iştirakı ilə uğurla başa çatıb.

Qeyd edək ki, "Ziv4" kriptovalyuta investorlarının/traderlarının bütün ehtiyaclarına tək bir nöqtədə həll tapan, Web3 yönümlü maliyyə proqramıdır. Ona Z-Wallet, Z-Treyder, Algo Zero, Z-Card ve Z-Ref olmaqla 5 fərqli xidmət/məhsulu daxildir.

Kriptovalyutalar "Ziv4" haqqında daha çox məlumat əldə etmək üçün əvvəlki məqaləmizə göz ata biləriniz.

Posted 
Jan 7, 2024
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All