ederal Ticarət Komissiyası “OpenAI”ə maneə yarada bilər
Süni İntellekt və Rəqəmsal Siyasət Mərkəzi (CAIDP) Federal Ticarət Komissiyasına “OpenAI” ilə bağlı araşdırma tələbi ilə şikayət edib. Araşdırmaya səbəb “OpenAI”nin istehlakçıların hüquqlarının müdafiəsi qaydalarını pozmasıdır. CAIDP iddia edib ki, “OpenAI”nin süni intellekt mətn yaratma vasitələrinin tətbiqi “qərəzli, aldadıcı və ictimai təhlükəsizlik üçün riskdir”. CAIDP prezidenti Mark Rotenberq imzaladığı açıq məktubda süni intellekt təcrübələrini dayandırmağa çağırıb.
Məktubu imzalayanlar arasında “OpenAI”nin həmtəsisçisi İlon Maskın da olması diqqət çəkib. Bundan başqa, imzalayanlar arasında “Apple”ın həmtəsisçisi Stiv Voznyak, yazıçı Yuval Noah Harari, “Pinterest”in həmtəsisçisi İyvan Şarp, “Getty Images”in baş direktoru Kreyq Peters də var.
“Huawei” “iPhone”dan daha güclüdür!
“Huawei”nin baş icraçı direktorunun açıqlamasına görə, “Huawei” cihazlarının xarab olma riski “iPhone” modelləri ilə müqayisədə xeyli azdır. “Huawei” yenidən smartfon sənayesində bazar payını artırmağa çalışır. Telefonların nasazlığından danışan “Huawei Consumer Group”un baş icraçı direktoru Riçard Yu onların “iPhone” modellərindən daha uğurlu olduğunu iddia edib. Yunun sözlərinə görə, “Huawei” “Apple” ilə müqayisədə keyfiyyətin idarə edilməsi sistemində daha öndədir.
“Huawei” smartfon dünyasında itirilmiş bazar payını geri qaytarmağa çalışır. Bununla belə, bilirik ki, həm “Apple”, həm də “Xiaomi”nin, “Oppo” və “Vivo” kimi rəqibləri də diqqətəlayiq istifadəçi sayına çatıblar. Belə görünür ki, bu xəmir hələ çox su aparacaq…
OLED displeyli “iPad Pro” inkişaf mərhələsindədir!
“Apple”ın önümüzdəki aylarda satışa çıxaracağı yeni “iPad Pro” modellərində istifadə edəcəyi yeni ekranlarla bağlı maraqlı bir iddia ortaya atılıb. İddiaya görə, “Apple” artıq bu cihazların displey panellərini hazırlamağa başlayıb, lakin bu panellər əvvəlki modellərdən çox fərqli formada olacaq.
Məşhur “Apple” xəbərçisi “ShrimpApplePro” “Apple”ın növbəti “iPad Pro” modelləri ilə bağlı planlarını açıqladı. Onun sözlərinə görə, inkişaf mərhələsində olan dörd prototip var və planşetlərin ekran ölçülərinin 11 düym və 13 düym olması gözlənilir.
Stres altında olan bitkilər ətrafa səs salırmış
İsrailli tədqiqatçılar stres altında olan bitkiləri onların “davranışlarını” müşahidə edərək tədqiq ediblər. Tapıntılara görə, stres altında olan bitkilər insanların eşitmədiyi səslər çıxarır. Stressli bir bitkinin səsi nə kimi səslənə bilər? Görünüşə görə, qabarcıqlı neylon paketlərin partlamasına bənzəyir. İsrailli tədqiqatçılar aşkar ediblər ki, susuzluqdan və gövdəsi kəsildiyindən stres keçirən pomidor və tütün bitkiləri insan nitqinə oxşar səslər çıxarır.
Bu səslərin tezliyi insanların aşkar edə bilməyəcəyi qədər yüksəkdir, lakin güman ki, həşəratlar, məməlilər və digər bitkilər tərəfindən eşidilə bilər.
Açıq havada yataqdan reklam lövhələri
Avstraliyalı yataq istehsalçısı “10:PM”, hər il yüz minlərlə döşəyin küçələrə atıldığı bir ölkədə sağlam olmayan bu döşəklərin risklərinə diqqət çəkmək üçün çölə atılan döşəkləri “reklam lövhəsi”nə çevirib. Çörək kimi bizə lazım olan, gündəlik həyatın bir hissəsi olan əşyalar yaradıcılıq kampaniyasının materialı ola bilər
Bir sözlə, vəziyyət və şərait uyğun olarsa, hər şey marketinqin bir hissəsi ola bilər. Bura Avstraliyada hər il çölə atılan 1,8 milyon çarpayı da daxildir. Avstraliyalı döşək istehsalçısı “10:PM” “Howatson+Company” kreativ agentliyi ilə əməkdaşlıq edərək diqqətəlayiq bir açıq hava kampaniyası yaradıb.
Onlar “Bed-Verts” kampaniyasının yaranma səbəbinin, bu reklamı milyonlarca insana çatdıra bilmək üçün lazımi büdcələrinin olmaması ilə əlaqələndirir.
Bizneslə məşğul olanlar üçün sərfəli kreditlər veriləcək
2022-ci ilin IV rübündə banklar tərəfindən verilən biznes kreditləri üzrə standartlarda yumşalmalar baş verib. Xezerxeber.az-ın məlumatına əsasən, yumşalmanın əksər hissəsi qısamüddətli və milli valyutada olan biznes kreditləri üzrə olsa da, bundan əlavə olaraq uzunmüddətli kreditlərin verilmə şərtlərində də yumşalmalar müşahidə edilib.
İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, pandemiya dövründən sonra iqtisadi sferadakı risklərin artması bankların kredit siyasətinə də təsir göstərib. Lakin 2022-ci ilin sonuna doğru bu istiqamətdə olan dəyişikliklər müsbətə doğru getdi. Bəzi karantin qadağalarının aradan qalxması Azərbaycan daxilində müəyyən sektorlarda fəaliyyətlərin canlanmasına səbəb olub. Bu canlanma özünü bankların kredit siyasətində də göstərir. Ekspert həmçinin bildirib ki, biznes kreditlərinin həcmi ötən illə müqayisədə bir milyarda yaxın artıb.
“Apple Watch”da hər şey dəyişir!
Yaxın günlərdə sızdırılan məlumatlara əsasən, “watchOS 10” əməliyyat sistemi və “Apple Watch” modellərinin bütün interfeysi dəyişəcək. “Apple” adətən “Worldwide Developers Conference”də (WWDC) əsas əməliyyat sistemlərinin yeni versiyalarını elan edir. Bu il də iyunun 5-də başlayacaq tədbirdə “watchOS” üçün yeniləmələri nümayiş etdirəcək.
Son məlumatlara görə isə, “watchOS 10” və “Apple Watch” modelləri üçün bizi böyük bir dəyişikliklər gözləyir.