25 iyun tarixində “Brandup” reklam agentliyinin təşəbbüsü və təşkilatçılığı, Marketinq Professionalları AssosiasiyasıMÜSİAD Azərbaycanın təşkilati dəstəyi ilə ilk “Baku Branding Meetup” tədbiri keçiriləcək.

Tədbir təşkilatçıları düşünür ki, brendinq gələcəyə sağlam investisiyadır və bu anlayış altında yalnız vizual kommunikasiyalar nəzərdə tutulmur. Məhz ona görə də bu tədbir yerli brendinq anlayışını inkişaf etdirmək, Azərbaycanda sağlam brendlərin yaranması prosesinə dəstək vermək və maarifləndirməni gücləndirmək məqsədi daşıyır.

Açılışı tədbirin moderatoru, “Brandup” reklam agentliyinin təsisçisi və kreativ direktoru Tamerlan İsmayılov edəcək. “Brendinq bizə niyə lazımdır?” kimi çox əhəmiyyətli suala cavab axtaran mühazirə tədbirin ilk çıxışı olacaq.

Marketinq konsultant və Marketinq Professionalları Assosiasiyasının sədri Elnur Nurəliyev tərəfindən “Brendinizin pasportu var?” çıxışı günü davam etdirəcək.

“Code Academy”də dizayn rəhbəri, qrafik və veb dizayn müəllimi kimi fəaliyyət göstərən Fərid Rzazadə ilə “Brendin vizual DNT-si” başlığı altında markalaşmanın dizayn sirrlərinə yiyələnmək mümkün olacaq.

Müzakirə panelindən əvvəlki son çıxış isə “360 dərəcə brendinq” kitabının müəllifi, marketoloq və sahibkar İlkin Manafov tərəfindən “Yerli brendinqin mətbəxi” olacaq.

Sahibkarların və marketinq sahəsinin professionallarının iştirakı gözlənilən tədbir üçün geri sayım artıq başlayıb. Tədbirdə iştirak yalnız dəvətlədir.

Trilogy.News olaraq tədbir ərzində baş verənləri sizin üçün “Instagram” profilimizdə anbaan paylaşacağıq. İzləmədə qalın!

Posted 
Jun 24, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All