Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanlı gənclər Point Blank üzrə Dünya Çempionatının qalibi olublar

Final qarşılaşmasında Azərbaycanlı oyunçulardan ibarət "Good Game Club" komandası indoneziyalı rəqiblərinə 3:2 hesabı ilə qalib gələrək dünya çempionu olublar. Yekun mükafat məbləği isə 55 min dollar təşkil edib.

"Google Pixel" cihazlarına peyk bağlantısı texnologiyası gətirir

"Apple" öz modellərinə peyk bağlantısı texnologiyasını tətbiq etməklə böyük diqqət çəkdi. İndi "Google" eyni texnologiyanı bəzi Pixel modellərinə gətirir. İstifadəçilər "Google Pixel" telefonlarında "Peyk Təcili Yardım" funksiyasını görməyə başlayıblar. Funksiya hələ aktivləşdirilməyib, ona görə də “peyk təcili yardımı” üzərinə klikləsəniz belə, ekran hələ ki açılmayacaq.

HONOR markası MWC 24-də 45 media mükafatı qazanıb

HONOR Announces Global Launch of All-New HONOR Magic4 Series at MWC 2022 |  HONOR Global

Mobile World Congress 2024-də global texnologiya markası HONOR süni intellekt texnologiyalarının istifadəsi haqda yeni strategiya elan etdi və flaqman HONOR Magic6 Pro smartfonu ilə bərabər ən yeni HONOR MagicBook Pro 16 noutbukunun qlobal təqdimatını həyata keçirdi. “Magic Portal” və “MagicRing” sistemləri arasındakı marağa dayanan istifadəçi interfeysi və Aİ-nin gücü ilə ekosistemin qarşılıqlı təsiri dünya mediası tərəfindən maraqla qarşılanıb.

Bu il MWC-də HONOR markası 45 media mükafatı qazandı. “Android Headlines” jurnalistləri HONOR Magic6 Pro-ya “MWC 2024-cü ilin ən yaxşıları” mükafatını veriblər. Onlar bildiriblər ki, yeni smartfon sələfi ilə müqayisədə irəliyə doğru əhəmiyyətli addımdır və təkcə təkmilləşdirilmiş kameralar təklif etmir, həm də digər aspektlərdə diqqət çəkir. Android Police qeyd etdi ki, Magic 6 Pro ilə HONOR texniki təchizat səviyyəni bir pillə yüksəldir və bəzi əsas sahələrdə rəqabəti qabaqlayır. CNET jurnalistləri həmçinin qeyd ediblər ki, Magic 6 Pro bu il mövcud olan ən yaxşı görünən Android flaqmanlarından biridir.

HONOR Magic6 Pro-nun mükəmməl performansından təsirlənən moda jurnalı GQ İspaniya şərh etdi ki, HONOR Magic Pro seriyası HONOR-un ən nüfuzlu məhsullarıdır, ən yaxşı avadanlıq və proqramları özündə birləşdirir.

HONOR tarixində ilk dəfə olaraq süni intellektə malik noutbuk HONOR MagicBook Pro 16 qlobal bazara çıxarıldı və dünya mediasının rəğbətini qazandı. Mashable jurnalistləri HONOR MagicBook Pro 16-nı ən yaxşı MWC laptopları 2024 siyahısına daxil ediblər.

Android Authority “Best of MWC 2024” mükafatını təqdim etdi və HONOR MagicBook 16 Pro-nun süni intellektlə inşa edilmiş güclü laptop olduğunu qeyd edib.

"Samsung Unpacked" tədbirinin tarixi məlum olub

Samsung Galaxy Unpacked July Event in Seoul Announced; Galaxy Fold 5, Z  Flip 5 Expected - MySmartPrice

"Samsung" iyulun əvvəlində ən yeni qatlana bilən smartfonlarını təqdim etməyə hazırlaşır. Texnologiya nəhənginin iyulun 12-də Parisdə illik Samsung Unpacked tədbirini keçirəcəyinə dair iddialar ortaya çıxıb. Tədbirdə Galaxy Z Fold 6 Z Flip 6-nın elan edilməsi gözlənilir. Sızan məlumatlara görə, "Samsung" iyulun 26-da başlayacaq Paris Olimpiadasından əvvəl diqqətini Avropa bazarına yönəltməyi hədəfləyir.

Azərbaycan “TikTok”la rəqəmsal infrastrukturun təkmilləşdirilməsini müzakirə edib

India Banned TikTok In 2020. TikTok Still Has Access To Years Of Indians'  Data

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev “TikTok” şirkətinin platforma strategiya rəhbəri Junjiao Bai və şirkətin dövlət orqanları və korporativ məsələlər üzrə direktoru Sergey Sokolovla görüşüb.

Qeyd edilib ki, dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Azərbaycanda da rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqinə, innovativ texnologiyaların tələblərinə uyğun bilik və bacarıqları olan insan kapitalının formalaşdırılmasına xüsusi önəm verilir.

Qeyd olunub ki, rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil, səhiyyə və digər sferalarda tətbiqi dayanıqlı inkişaf drayverlərinin hərəkətə gətirilməsini, ölkəmizin yeni qlobal trendlərə uyğunlaşmasını təmin edəcək. 

Tərəflər Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları, eyni zamanda vergilər, maliyyə savadlılığı və ümumilikdə ölkənin iqtisadi prioritetləri haqqında məlumatlandırma və maarifləndirmə üçün kontentlərin hazırlanması barədə fikir mübadiləsi aparıblar.

Ölkəmizdə "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbiri baş tutub

4 mart, 2024-cü il tarixində Heydər Əliyev Mərkəzində Elm və Təhsil Nazirliyi "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirdiyi Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinin final tədbiri baş tutdu.

Respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında kompüter elmlərinin, proqramlaşdırmanın təbliği və gənc nəslin bu sahəyə olan marağının artırılmasından ibarətdir.

Cəmiyyətdə informasiya texnologiyalarının perspektivləri və inkişaf istiqamətləri haqqında təsəvvürün formalaşdırılması, məktəblilərin texniki, texnoloji və innovasiya yönümlü ixtisaslara marağının artırılması istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən artıq üç ildir ki proqramlaşdırma üzrə müsabiqə təşkil edilir. “Rəqəmsal gələcəyə addım” müsabiqəsi ölkə üzrə hər il 20 mindən çox ümumi təhsil müəssisələrinin şagirdlərinin qeydiyyatı, onlar arasında onlayn/oflayn şəkildə seçim mərhələsi və müsabiqənin finalı olaraq üzbəüz tədbir şəklində keçirilir. Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən müsabiqənin final mərhələsinin yekun tədbirində Nazirliyin rəhbər heyəti, millət vəkilləri və dövlət rəsmiləri iştirak edir.

2023-2024-cü tədris ilində həyata keçirilən Kod Saatı: "Rəqəmsal Gələcəyə Addım 2023" müsabiqəsinə ümumi təhsil məktəblərinin 5-9-cu siniflər üzrə 28 157 şagird qoşulmuşdur. Il mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanmışdır. Onlardan 62 nəfər Bakı şəhərində, 70 nəfər isə rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdləridir.

Bununla yanaşı Elm və Təhsil Nazirliyi "Alqoritmika" beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi ilə birgə həyata keçirilən “Rəqəmsal Bacrıqlar” layihəsinin təşkilatçılığı ilə “Rəqəmsal gələcəyə addım” müsabiqəsi ilə paralel olaraq “Kodlaşdırma üzrə açıq qapı” günləri həyata keçirilmişdir. “Kodlaşdırma üzrə açıq qapı” günlərinin əsas məqsədi şagirdlər arasında İT istiqamətində təşviqat aparmaq, onları bu istiqamətdə həvəsləndirmək və maarifləndirməkdən ibarətdir. “

Kodlaşdırma üzrə açıq qapı günlərində müxtəlif tədbir proqramları hazırlanmışdır. Tədbirlər çərçivəsində dekabrın 9-da ADA Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində informatika təmayüllü 10-11-ci sinif şagirləri üçün infossesiya, 17 dekabr tarixində 800-ə yaxın şagirdin iştirakı ilə Quba şəhəri Alekseyevka kənd orta məktəbində, 23 dekabr tarixində 1000-ə yaxın məktəblinin iştirakı ilə Şəmkir şəhər M. Füzuli adına tam orta məktəbdə və Füzuli ş. Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə 100-dən çox şagird üçün iki hissəli “Kodlaşdırma üzrə açıq qapı” günləri təşkil olunmuşdur.

Posted 
Mar 4, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All