Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Bir hava limanı təhlükəsizlik robotlarından istifadə etməyə başlayacaq

Bir Havalimanı Güvenlik Robotları Kullanmaya Başlıyor!

Texasdakı San Antonio Beynəlxalq Hava Limanı təhlükəsizlik əməliyyatlarını təkmilləşdirmək üçün donanmasına avtonom robot əlavə edir. Kaliforniyanın “Knightscope” şirkəti tərəfindən istehsal olunan 1,65 hündürlüyündə K5 robotu yaxın bir neçə ay ərzində istifadəyə veriləcək. K5 robotu terminal binalarında və dayanacaqlarda 24/7 patrul xidməti həyata keçirəcək və şübhəli bir vəziyyəti aşkar etmək üçün kamera və sensorlarından istifadə edəcək.

Azərbaycanda mobil bankçılıq vasitəsi ilə köçürmәlәr 2 dəfə artıb

The evolution of mobile banking: Five quick facts | BBVA

2023-cü ildə Azərbaycanda bank müştәrilәrinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmәlәrin ümumi sayı 363,6 milyon әdәd, dəyəri isə 379,3 milyard manat tәşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilib. Məlumata görə, bu, 2022-ci illə müqayisədə müvafiq olaraq 94 % və 19,1 % çoxdur.

Hesabat dövründə aparılan köçürmәlәrin say üzrә 85,9 %-i və yaxud 312,2 milyon әdәdi, dəyər üzrә isә 79,6 %-i və yaxud 301,8 milyard manatı mәhz rәqәmsal bankçılıq vasitәsilә reallaşdırılıb ki, bunlar da 1 il əvvələ nisbətən müvafiq olaraq 2,3 dəfə və 23,7 % çoxdur.

Ötən il internet bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə əvvəlki illə müqayisədə 12 % artaraq 227,7 milyard manat, mobil bankçılıq xidmәtlәri vasitәsilә aparılan müştәri köçürmәlәrinin dəyəri isə 2 dəfə artaraq 46,2 milyard manat olub.

Azərbaycanda ötən il “ApplePay” ilə təxminən 2 milyard manatlıq əməliyyatlar aparılıb

Apple Pay Overview - Apple Developer

2023-cü il ərzində istifadəçilər tərəfindən tokenizasiya həllərindən istifadə 2022-ci illə müqayisədə 3.5 dəfə artmışdır. Qeyd edilib ki, POS-terminallar vasitəsilə həyata keçirilən hər 4 nağdsız ödənişdən 1-i məhz “ApplePay” və ya “GooglePay” həlli vasitəsilə icra olunub. Hesabat dövründə istifadəçilər tərəfindən “ApplePay” həlli vasitəsilə ümumi həcmi 1.9 milyard manat ekvivalentində olan 67.5 milyon ödəniş, “GooglePay” həlli vasitəsilə isə ümumi həcmi 813.2 mln. manat ekvivalentində 39.6 mln. ödəniş həyata keçirilmişdir.

DOMiNOS Ventures Mərkəzi Asiyada 2-ci investisiyasını etdi!

DOMiNO Ventures Investment Management Intern - Youthall

Mərkəzi Asiyanın qabaqcıl süni intellekt startapı "PointAI" ilk sərmayəsini DOMiNO Ventures, PLUG&PLAY və Aloqa Ventures-dən təmin etdi. "PointAI" 2023-cü ildə Özbəkistanda Azamat Khadimov və Aslkhon Khoshimkhujaev tərəfindən təsis edilib. Startap süni intellektli çatbotu sayəsində müştəri məmnuniyyətini artıraraq e-ticarət dəstəyi təmin edir.

DOMiNO Ventures şirkətinin idarəedici partnyoru Mustafa Kopuk Mərkəzi Asiyadakı ikinci investisiyaları ilə bağlı nikbinliyini ifadə edərək bildirib:

"Özbəkistanın canlı startap ekosistemi innovasiya və inkişaf üçün maraqlı imkanlar təqdim edir. PointAI-nin uğurunun region sahibkarlarının böyük potensialını əks etdirdiyinə inanırıq. PointAI kimi perspektivli startapları dəstəkləməklə biz Özbəkistanın startap ekosisteminin inkişafına töhfə verməyi hədəfləyirik”.

PointAI haqqında ətraflı məlumat üçün daxil ola bilərsiniz; https://www.pointai.tech

Gəncədə “AgriTech Ideathon” tədbiri keçirilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, SUP VC şirkətinin təşkilatçılığı ilə Gəncə şəhərində “AgriTech Ideathon” tədbiri keçirilib. Proqramın məqsədi Gəncə şəhərində yaşayan gənclərin innovasiya sahəsində praktikalarını artıqmadır. 

“AgriTech Ideathon”da iştirakçılar kənd təsərrüfatında sahəsində problemlərə innovativ həll ideyaları təqdim etməklə yarışıblar. Bitkilərin səmərəli yetişdirilməsi, inkişafı, suvaram sistemlərinin səmərəliliyinin artırılması və innovasiyanın kənd təsərrüfatının müxtəlif sahələrində tətbiqi istiqamətində ideyalar təqdim edilib. Proqram müddətində iştirakçı komandalara İT, dizayn, biznes, innovasiya istiqamətlərində peşəkarlar tərəfindən mentorluq dəstəyi göstərilib. 

Keçirilən “ideathon”da 11 komanda iştirak edib. “AgriTech Ideathon”da 1-ci yerə EverGreen, 2-ci yerə AgroBot, 3-cü yerə FarmForwar komandaları layiq görülüblər. Qalib komandalar qiymətli hədiyyələrlə təltif ediliblər.

Posted 
Feb 29, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All