Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Azərbaycanda ilk dəfə “Startup World Cup” keçiriləcək

“Technovate”“Pegasus Tech Ventures”un təşkil etdiyi və İRİA-nın dəstəklədiyi prestijli qlobal startap yarışması olan “Startup World Cup” Azərbaycanda ilk dəfə keçiriləcəkdir.

“Startup World Cup” innovasiya və sahibkarlığı dəstəkləyən və əsasən investisiya mükafatı qazanmaq, potensial investorlar, mentorlar və tərəfdaşlarla tanış olmaq şansı uğrunda yarışmaq üçün dünyanın hər yerindən startapları bir araya gətirən qlobal bir yarışdır. Keçirilməsi bu ilin sentyabr ayında planlaşdırılan çempionatda yerli və müxtəlif ölkələrdən olan startaplar öz biznes ideyalarını və hazırladıqları məhsulları münsiflərin qarşısında təqdim edəcəklər. Regional mərhələdə uğurlu olan startaplar ABŞ-nin San-Fransisko şəhərində keçiriləcək müsabiqənin final mərhələsində yekun mükafat olan 1 milyon ABŞ dollarını qazanmaq üçün yarışacaqlar. Final mərhələsində iştirak edəcək startaplar bir sıra nəhəng şirkətlərin qurucuları, eləcə də qlobal ekosistem oyunçuları ilə tanış olmaq, beynəlxalq arenada öz biznes ideyaları ilə çıxış edərək nüfuz qazanmaq və xarici investorları cəlb etmək kimi imkanlar əldə edəcəklər

Azərbaycanda genişzolaqlı internetin sürəti 38% artıb

Internet Meaning, Working, and Types of Services - Spiceworks

Bu ilin mart ayında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 182 ölkə arasında əvvəlki aya nisbətən 2 pillə geriləyərək 38,32 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb. Bu, bir il əvvəlki göstərici (27,84 MB/S) ilə müqayisədə 38 % artım deməkdir.

Sabit genişzolaqlı internetin sürətinə görə ötən ay birinci yeri Sinqapur (284,13 MB/S), axırıncı yeri isə Kuba (2,92 MB/S) tutub.

Azərbaycan mobil internetin sürətinə görə fevral ayına nisbətən martda 3 pillə irəliləyərək 50,12 MB/S sürətlə 148 ölkə arasında 56-cı olub. Mobil internetin sürətinə görə birinci yeri Qətər (313,30 MB/S), sonuncu yeri isə Kuba (4,01 MB/S) tutub.

Hesabat ayında Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə əvvəlki aya nisbətən 1 pillə irəliləyərək 195 şəhər arasında 39,90 MB/S sürətlə 134-cü yerdə qərarlaşıb. Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqinə Əbu-Dabi (308,05 MB/S) başçılıq edib. Sonuncu pillədə Havana (2,10 MB/S) qərarlaşıb.

Azərbaycan paytaxtı martda mobil internetin sürətinə görə 59,78 MB/S sürətlə əvvəlki aya nisbətən 3 pillə irəliləyərək 168 şəhər arasında 74-cü yerdə qərarlaşıb. Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri Ər-Rayyan (427,38 MB/S), sonuncu yeri Havana (5,08 MB/S) tutub.

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Manat haqda bilmədiklərimiz və maraqlı faktlar - 15.08.2021, Sputnik  Azərbaycan

Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,7 bənd təşkil edib. Bu, aylıq müqayisədə 0,1 bənd çox, ilin əvvəlinə nisbətən 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,2 bənd çoxdur.

Bu il martın sonuna manatın real effektiv məzənnəsi isə 121,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd az, ilin əvvəlinə nisbətən 0,4 bənd çox, illik müqayisədə isə 1,9 bənd azdır.

Ray-Ban Meta ağıllı eynəkləri üçün multimodal AI yeniləməsi təqdim olunub

Blue Ray-Ban Meta Smart Glasses with pinkl enses on a colorful mirror.

Meta ABŞ və Kanadada öz Ray-Ban smart eynəkləri üçün multimodal AI yeniləməsini təqdim etdi. Bu yeni xüsusiyyət istifadəçilərə Meta AI ilə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Meta AI ilə istifadəçilər sadəcə olaraq "Hey Meta" deyərək səs əmrləri vasitəsilə ağıllı eynəklərini istifadə edə bilərlər.

Honda Kanadada elektrikli avtomobil strategiyasına 11 milyard dollar xərcləyəcək

Canadian Prime Minister Justin Trudeau (left), Honda CEO Toshihiro Mibe (center) and Ontario Premier Doug Ford walk in the company's automotive assembly plant in Alliston, Ontario, on Thursday.

Honda Motor Kanadada elektromobil və akkumulyator istehsalı zavodlarının yaradılmasına, həmçinin mövcud obyektlərə 11 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.

Şirkət rəhbərləri və Kanadanın Baş Naziri Castin Trudeau tərəfindən elan edilən investisiya Honda-nın Şimali Amerikada elektrikli avtomobil tələbatının daha da artacağına dair gözləntilərindən xəbər verir.

Posted 
Apr 26, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All