eçdiyimiz az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə "Technovate - Sabah Mələk İnvestorlar Klubu" Azərbaycanda Mələk İnvestorlar Məktəbinin (Angel İnvestor School) açıldığı elan edilmişdi.
Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq məktəbin məqsədi ölkədəki mələk investorlara ilk olaraq nəzəri, daha sonra isə onları klub üzvü etməklə təcrübi biliklərə yiyələnməsini təmin etməkdir. Proqramdan məzun olmuş iştirakçılar daha çox inkişaf etmiş ölkələrdə, xüsusilə ABŞ startaplarına investisiya qoymaq imkanı qazanacaqlar.
Məktəbin qurucusu Fərid İsmayılzadə bildirir ki, bu investisiya sferasında əzbərləri pozan bir anlayışdır.
"Biz nisbətən kiçik sərmayələrin Amerika şirkətlərində əsas maraqlı tərəf olmağı ilə dəyişikliklərə yol aça biləcəyinin şahidi oluruq. Bu hadisə, mələk investisiya ilə bağlı qərəzli təsəvvürlərə meydan oxuyan qeyri-adi bir fürsətdir".
Doğru rəhbərlik və fikirlə 3000 dollarlıq investisiya təsəvvür etdiyinizdən daha əhəmiyyətli sahibliyə yol aça bilər. Bunu edə bilmək üçün isə doğru baxış bucağına yiyələnmək lazımdır. İnvestisiya risklərini azaltmaq üçün bazarın dəyişkənliyini dərk etmək çox vacibdir. Bu unikal investisiya təşəbbüsünə qoşulmazdan əvvəl cəhd, araşdırma və ekspert rəhbərliyi çox vacibdir.Mələk İnvestor Məktəbi bu istiqamətdə sahibkarlara dəstək göstərmək üçün fəaliyyətə başlayacaq.
Qeydiyyat prosesi bitdikdən sonra 6,7,8 dekabr tarixlərində ekspertlərin iştirakı ilə onlayn sessiya baş tutacaq. Daha sonra isə oflayn olaraq "networking event" olacaq.
Qeyd edək ki, bu tədbirdə Mələk İnvestor Məktəbinin tələbələri, startap icmasının aktiv nümayəndələri iştirak edəcək.
Gələcəyə yön verən investorlardan birinə çevrilmək üçün www.angelinvestor.az saytına daxil olub, ətraflı məlumat ala və qeydiyyatdan keçə bilərsiniz.