Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Tesla bir çox işçisini ixtisar etməyə hazırlaşır

Tesla, işten çıkarmalara devam edeceklerini açıkladı! - Sanayi Gazetesi

Bir müddət əvvələ qədər 140 mindən çox işçisi olan Tesla keçən ay 14 min işçisi ilə yollarını ayırmışdı. Bununla belə, şirkət daxilində yeni ixtisarların başladığı xəbəri gündəmə gəlib. Belə ki, şirkət proqram təminatı, xidmət və mühəndislik də daxil olmaqla bir çox departamentdə yeni ixtisarlar həyata keçirməyə başlayıb.

McDonald's-ın gəlirləri açıqlanıb

Ice Cream Machine Hackers Sue McDonald's for $900 Million | WIRED

McDonald's gəliri ilin ilk rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 4,6 % artaraq 6,17 milyard dollar təşkil edib. Şirkət 2023-cü ilin eyni rübündə təxminən 5,9 milyard dollar gəlir əldə etmişdi. McDonald's-ın xalis mənfəəti birinci rübdə 7 % artaraq 1,9 milyard dollar təşkil edib. Şirkət ötən ilin eyni dövründə 1,8 milyard dollar mənfəət əldə etmişdi.

Helldivers 2 üçün PSN tələbləri ləğv olunub

Sony cümə günü Helldivers 2-nin PC versiyası üçün PSN hesabı tələbini təqdim etmişdi. Bu açıqlama 200 minə yaxın mənfi şərh almışdı. Bununla belə, şirkət Helldivers 2 oyunu üçün geri addım atmalı olub. Belə ki, oyunçular Helldivers 2 oynamaq üçün PSN hesabından istifadə etməli olmayacaqlar.

Müəssisə və banklara aid bir çox fərdi məlumatlar bilmədən ifşa olunur

Kibertəhlükələrin daim inkişaf etdiyi zamanda məlumatların təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Zərərli proqramlar mürəkkəbləşdikcə onların davranış monitorinqi çətinləşir və tətqiqat üçün çox vaxt sərf edilir. Son illərdə təhdidlərin sürətli aşkarlanması üçün qabaqcıl üsullardan istifadə edilir. Bu üsullardan biri sandbox sistemlərinin tətbiqidir. Sandbox sistemi – zərərli faylların və proqram təminatlarının qısa zamanda tədqiqini və qiymətləndirilməsini aparmaq üçün nəzərdə tutulmuş çox faydalı bir alətdir.

Quruma özəl sandbox sistemlərinin təchiz edilərək qurulması vəsait tələb etdiyindən bir çox istifadəçilər bu kimi həllərin bulud versiyalarından, bir çox hallarda isə ödənişsiz versiyalarından istifadə edirlər. Fərdi istifadəçilərin şübhəli hesab etdikləri faylların zərərli olub-olmadığını təyin etmək məqsədilə onları internet vasitəsilə sözügedən sistemlərə göndərməsi və nəticə əldə etməsi üçün yaradılmış belə ödənişsiz sandbox sistemləri, göndərilən faylların məxfiliyini və ya konfidensiallığını qorumur. Belə ki, fərdi istifadəçilər üçün nəzərdə tutulmuş bucür ödənişsiz platformalar sistemə yüklənən istənilən faylı öz saytlarında yoxlanılmış fayl kimi qeyd etməklə dərc edir.

Bundan xəbərsiz olan, lakin daxil olmuş faylların təhlükəsizliyini yoxlamamaq üçün belə ödənişsiz xidmətlərdən istifadə edən bir çox müəssisə və bankların əməkdaşları konfidensial və fərdi məlumatları bilmədən ifşa etmiş olurlar.

Hazırda ölkəmizdə ən çox istifadə olunan ANY.RUN, Virustotal kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çox saylı konfidensial məlumatların - sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik.

Belə platformaların fərdi qaydada istifadəsi kibergigiyena baxımından yoluxmanın qarşısının alınması məqsədilə çox təqdirəlayiq müsbət hal olsa da bank və müəssisələrin və istifadəçilərin həssas məlumatlarının hər kəsə əlçatan açıq şəkildə paylaşılması böyük risk daşıyır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tətqiqi Laboratoriyası, müəssəsə və şirkətlərə bulud əsaslı sandbox platformalarından istifadə zamanı konfidensial və fərdi məlumatların mühafizəsini təmin etmək məqsədilə yoxlamaları qapalı analiz imkanlarına malik sistemlərdə aparmağı tövsiyə edir. Bununla yanaşı bilmək lazımdır ki, bu kimi sistemlərə yüklənən fayllar bəzi platformalarda hər kəsə açıq şəkildə paylaşılmasa belə, yüklənmiş fayllar 3-cü şəxslərin informasiya sistemində toplanır. Sözügedən sistemdə baş verə biləcək hər hansı kiberhücum nəticəsində həssas məlumatlar sızdırıla və ya hakerlərin əlinə keçə bilər. Bunu nəzərə alaraq, belə xidmətlərdən istifadə edərkən yüklənəcək fayllardan həssas məlumatları silmək və ya gizlətmək üçün məlumatların redaksiyasını və anonimləşdirilməsini təmin etmək vacibdir. Bununla yanaşı müəssisə daxilində əməkdaşların məlumatların qorunması, məxfilik və informasiya təhlükəsizliyi baxımından məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq əlavə maarifləndirici tədbirlərin həyata keçirilməsi müəssisə daxili kibergigiyenanın yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Məlumat üçün qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tətqiqi Laboratoriyası hazırda yeni həll olan milli sandbox sisteminin hazırlanması üzərində çalışmalarını davam etdirir.

https://scis.gov.az/az/news/view/204

2024-cü ilin birinci rübü üçün smartfon bazarı hesabatları açıqlanıb

samsung-tekrar-one-gecti-akilli-telefon-pazari-ne-durumda-1

Smartfonlara maraq günü-gündən artır. Bunu təkcə müşahidələr deyil, hesabatlar da ifadə edir. Bu gün 2023-2024 smartfon bazarı hesabatını açıqlayan CounterPoint smartfon bazarının keçən ilə nisbətən 6 % artdığını qeyd edib.

Counterpoint Samsung-un 2024-cü ilin ilk rübündə tədarük payında 20%  ilə zirvədə olduğunu açıqlayıb. Apple isə 2024-cü ilin ilk rübündə 17 faizlik tədarük payı ilə rəqibindən geri qalıb.

Posted 
May 6, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All