Son aylar həyatımıza daxil olan Metavers (Metaverse) termini haqqında fərziyyələr çox olsa da, dəqiq məlumat azdır. Ağlınızda suallar yaranmış ola bilər ki, bu, yeni bir VR-dır, yoxsa real həyatımıza da sirayət edəcək? Metavers təqdim olunduğu qədər reallıqla iç-içədirsə, bütün dünyada bu strukturu qurmaq necə olacaq?
Qlobal içki brendi “Heineken” və onun agentlik partnyoru “Publicis Worldwide” iş və sosial həyat arasında balansı saxlaya bilməyən müdir və işçilərin problemini aktuallaşdırır.
“Apple” məşhur "Silhouettes" kampaniyasının yeni versiyasını təqdim edib. "Popun qızıl övladı" adlandırılan Harry Styles ilə əməkdaşlıq çərçivəsində baş tutan kampaniya “Spatial Audio”a (3D səs gücü) sahib olan AirPodslardan bəhs edir.
2020-ci ildən bəri pandemiyanın dəstəyi ilə mobil oyunların necə məşhurlaşdığını hamımız bilirik. Hibrid iş rejiminə keçən, evdə keçirdiyi vaxtları çoxaldan, yaxud işdən ayrılan şəxslərin hobbiləri arasına daxil olan oyunçuluq bir çoxunun hələ də vərdişindən biri olaraq qalmaqdadır.
“Apple”ın yeni iPhone 14 seriyası haqqında xeyli şəkillər və şaiələr dolaşır. Şirkətin məhsullarının fanatları və saytlara mənbə kimi məlumatlar sızdıranlar bildirir ki, iPhone 14 gəlişi ilə xeyli dəyişikliklər yaratsa da, iPhone 13-lə olan bənzərliyi ilə də seçilə biləcək.