Q
lobal içki brendi “Heineken” və onun agentlik partnyoru “Publicis Worldwide” iş və sosial həyat arasında balansı saxlaya bilməyən müdir və işçilərin problemini aktuallaşdırır.
“Bağlayıcı” adlı reklam çarxı pandemiya sonrası çoxalan “hər zaman iş üçün onlayn olmaq” mədəniyyətinə referans edir.
“Bir brend kimi, hər zaman başqaları ilə ortaq əlaqələr yaratmaqdan yanayıq”, - deyə “Heineken”inin qlobal brend müdiri Bram Westenbrink bildirib.
“COVID-19 pandemiyasından sonra iş və şəxsi həyat arasındakı sərhədlər sürətlə pozulmağa başladı. Biz istəyirik ki, “hər zaman işləyə bilməlisən” düşüncəsinə olan ictimai təzyiqə qarşı çoxdan lazım olan bir diskussiya başladaq. Bununla da məqsədimiz işçiləri sosial həyat/əyləncə və iş bölgüsünü dəyər verdikləri insanlarla keçirməyə ilhamlandırmaq idi”.
Daha çox
Məqalələr
kateqoriyasından
View All