2

020-ci ildən bəri pandemiyanın dəstəyi ilə mobil oyunların necə məşhurlaşdığını hamımız bilirik. Hibrid iş rejiminə keçən, evdə keçirdiyi vaxtları çoxaldan, yaxud işdən ayrılan şəxslərin hobbiləri arasına daxil olan oyunçuluq bir çoxunun hələ də vərdişindən biri olaraq qalmaqdadır.

Gəlin Trilogy.News-un bu yazısında dəbdən düşməyən, hər zaman sevilən, ya da yenicə trend olan oyunlara baxaq:

Diablo Immortal

Diablo Immortal

Gözləniləndən çox daha tez - 1 iyunda mobil versiyası onlayn olan “Diablo Immortal” haqqında danışacağımız ilk oyundur.

Əvvəlcə yalnız mobil oyun kimi elan edilən “Diablo Immortal”ın Windows PC versiyası bu ilin əvvəlində təqdim edildi. 

Multiplayer oyun olan “Diablo Immortal” ilə həm qəddar döyüş səhnələrini, həm də “League of Legends”i xatırladacaq macəraları yaşaya biləcəksiniz.

Genshin Impact

PC versiyası da çox sevilən “Genshin Impact” 50+ milyon yükləmə (Google Play) nəticəsi ilə həm də uğurlu mobil oyun olduğundan xəbər verir. 

Siz bu oyunda “The Legend of Zelda: Breath of the Wild” bənzərlikləri də görə bilərsiniz. Ümumilikdə oyun “open-world” formatda oynanılır. Öz hekayəsi, qəhrəmanları, rəngli qrafikası, sakit ssenarisi ilə bəyənəcəyiniz oyunlardan biri ola bilər.

My Friend Pedro: Ripe for Revenge

Əslində, bu oyun “My Friend Pedro”nun mobil telefonlara uyğunlaşdırılmış, yəni ölçü olaraq kiçildilmiş versiyasıdır. 

Oyun haqqında ətraflı məlumatı IGTV videomuzdan izləyin:

Fortnite

“Fortnite” praktiki olaraq bir çox platformada mövcuddur və bura mobil cihazlar da daxildir. PC və konsollarda oynadığınız “Fortnite” smartfonda oynadığınızdan çox da fərqlənmir.

Aşağı-yuxarı eyni keyfiyyətdə “battle royale” təcrübəsi yaşaya bilərsiniz. Lakin əlbəttə, smartfonda “Fortnite” oynamağın əsas üstünlüyü budur ki, istədiyiniz yerdə, istədiyiniz vaxtda oynamaq imkanınız mövcuddur.

Rocket League Sideswipe

Pulsuz oynanılan digər pulsuz mobil oyunlardan fərqli olaraq, “Rocket League Sideswipe”ın oyunçularına verdiyi imkanlar fərqlidir. “Sideswipe”da oyunçular roketli maşınlarla manevrlər edərək qol vurmağa çalışırlar, lakin burada görüntülər daha çox 2D görünür bizə. 

“Rocket League”də olduğu kimi, bu oyundakı monetizasiya da kosmetik əşyaların satılması və döyüş kartları sayəsində qurulub. 

Monument Valley

“Monument Valley” bizə sübut edir ki,istənilən video oyun, hətta mobil oyunlar da incəsənətlə əlaqəli ola bilər. Oyunda oyunçulara bəzi tapşırıqlar verilir. Bu tapşırıqlar fizikaya və reallığa meydan oxuyan xüsusiyyətləri ilə seçilirlər.

Buradakı mərhələlərdə holland qrafik sənətçi Maurits Cornelis Escherdən ilhamlanıldığının şahidi ola bilərsiniz.

“Monument Valley”də bir çox tapmacalar mənzərəni qarışdırmaqla həll olunsa da, bəziləri perspektivdə dəyişiklik tələb edir.

Bizim sizə tövsiyə görə biləcəyimiz əsas oyunlar bunlar idi. Gələn yazılarda görüşmək üzərə!

Posted 
Jun 3, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All