"Meta"nın əməliyyatlar üzrə direktoru Sheryl Sandberg toyunu təşkil etmək üçün korporativ resurslardan istifadə etməkdə ittiham olunur.
Keçən həftənin çərşənbə günü S. Sandberg "Meta"dakı 14 illik karyerasını bitirdiyini açıqlayıb. Həmçinin o qeyd edib ki, direktorlar şurasında qalmağa davam edəcək.
"Gələcəkdə nə baş verəcək, heç əmin deyiləm. Bunu öyrəndim ki, nəinki mən, heç kim əmin deyil, - bunu o işdən çıxdığını elan etdiyi Facebook postunda qeyd edib, - Lakin bilirəm ki, gələcək zamanlarda özümə və işimə daha çox fokuslana biləcəm".
Maraqlısı budur ki, Sandbergin sözügedən elanı şirkətin onunla bağlı araşdırma apardığı dövrlə üst-üstə düşür. Bu araşdırma isə onun toyunu planlamaq üçün şirkət resurslarınddan istifadə etməsi şübhəsi ilə aparılırdı.
Keçmiş və hazırda "Meta"da işləyən işçilər bildiriblər ki, uzun müddətdi Sandberg şirkət daxilində güc itirib.
Daha çox
Texnologiya
kateqoriyasından
View All