A

pple”ın yeni iPhone 14 seriyası haqqında xeyli şəkillər və şaiələr dolaşır. Şirkətin məhsullarının fanatları və saytlara mənbə kimi məlumatlar sızdıranlar bildirir ki, iPhone 14 gəlişi ilə xeyli dəyişikliklər yaratsa da, iPhone 13-lə olan bənzərliyi ilə də seçilə biləcək.

Paylaşılan yeni hesabat bu dəyişiklikləri kəskinləşdirə biləcək iddiaları ikiqat artırdı.

“IDropNews”da paylaşılan bloq yazısı sənaye insayderi “LeaksApplePro”dan bu barədə fikir alıb:

“Apple iPhone 13-da istifadə edilmiş mövcud komponentləri iPhone 14 və iPhone 14 Max-da yeni adlarla istifadə edə bilər”.

“iPhone 14 bir çox cəhətdən bəzi insanları məyus edəcək” deyə insayder iddia edir.

“İlkin mərhələdə, o, iPhone 13 ilə eyni görünəcək. Hətta bu cihazları yanaşı qoysanız belə, onun parametrlərinə daxil olmasanız, fərqi hiss etməyəcəksiniz”.

Ən əsas məsələ isə yeni iPhone-larda istifadə olunacaq çiplərdir:

“Yeni telefon [2021] A15 prosessoruna sahib olacaq. Mənim mənbələrim bu çipin A16 adını ala biləcəyini qeyd edib”.

Bu arada, iPhone 14 Pro və iPhone 14 Pro Max modellərində istifadə edilən faktiki A16 çipi “A16 Pro” adlandırıla bilər.

Sızdırılan informasiyalar doğrudursa, bu, şirkət üçün riskli seçimdir deyə bilərik. Bəli, çipsetlər çoxdan “Fusion” və “Bionic” kimi mənasız adlar daşıyır, lakin bu keys fərqlidir. Qeyd edək ki, “A-Series” çipset nömrələri həmişə yeni nəsillərə şamil edilib.

“Apple” bunu texniki səviyyədə iPhone 13 və iPhone 13 Pro-da işlənən "Pro Səviyyəli" A15 çipini iPhone 14 və iPhone 14 Max-a gətirməklə həll edə bilər. 

A15 çipi hazırki Pro modellərdə iPhone 13 və iPhone 14 Mini-nin 4GB RAM-ından fərqli olaraq 6GB RAM-a malikdir, amma hər iki çip eyni adda (A15) satılır.

Sızdırılan informasiyada qeyd olunur ki, iPhone 14 və iPhone 14 Max-ın qiymətlərinin 799 və 899$ olacaq. Birincisi, iPhone 13-lə səsləşən qiymət olsa da, ikincisi isə iPhone 13 Mini-dən 200 dollar bahadır. Lakin bu özü də təsəlliedicidir, çünki qiymətlər daha yüksək gözlənilir.

Bununla belə, hər hansı bir iPhone 14 modelini almaq getdikcə qumara bənzəməyə başlayır. Bir çox etibarlı mənbə indi iddia edir ki, Apple 2023-cü ildə iPhone-ları Lightning-dən USB-C portlarına keçirəcək, bu, Lightning istifadə edən bütün modellər üçün ikinci əl almaq ehtimalını yox edəcək.

Posted 
Jun 2, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All