G

oogle I/O Extended 20 iyulda bir-birindən maraqlı çıxışlarla geri qayıdır!

Təqviminizdə 20 iyul saat 11:00  elə indi işarələyin, texnologiya sahəsindəki ən son yenilikləri GDG Baku-dan öyrənin. GDG Baku-nun təşkilatçılığı ilə növbəti tədbir iyulun 20-sində UFAZ-da (Fransız-Azərbaycan Universitetində) baş tutacaq.

Google I/O Extended 2024 Baku tədbirində iştirakçılar yerli və xarici spikerlərdən süni İntellektin ən son imkanlarından, UX-in dünyanı necə dəyişdiyindən, Back End, Front End, Mobile proqramlaşdırmada olan son yeniliklərdən xəbərdar olacaqlar. Tədbir müddətində siz Google şirkətinin son texnoloji trendləri barədə məlumat ala biləcəksiniz. Google Developer Expert-lərinin də bir-birindən maraqlı çıxışları sizə yeni təcrübələr qazandıracaq.

Eyni zamanda hər bir iştirakçıya Google Developers-dən virtual Google I/O Extended badge/sertifikatı (rozet) təqdim ediləcək. Bu tədbirdə həm yeni biliklər əldə edəcək, həm də portfolionuza yeni bir Google Developer sertifikatı əlavə edəcəksiniz.

Tədbir zamanı iştirakçılar çıxışları dinləmək və ən son texnoloji yeniliklər haqqında müzakirələrdə iştirak edib, Google I/O-un hədiyyələrini əldə etmək imkanı əldə edəcək. Eyni zamanda networking imkanları ilə dolu faydalı və maraqlı gün keçirəcəksiniz.

Spikerlər və mövzular:

Marina Ibarimova - Machine Learning Engineer @ AZAI Tech  - [ENG] “A practical guide to be prepared for the rise of superintelligent AI”

Agshin Rajabov - Founder  of Emotix , Ex Ux Consultant @Deutsche Bank , Ex UX Designer Electronics  Arts , Acunn Medya [AZ] “Personalised user experience, designed for everyone”

Sanan Safaraliyev - SoC Team Lead @Kapital Bank [AZ] “Secure coding in Web App Development”

Adkham Zokhirov - Google Developer Expert for AI/ML | NLP Engineer | AI Team Lead @Mohirdev – [ENG ] “AI for Social Good: Using Technology to Drive Positive Change”

Enes Turan - Google Developer Expert for Cloud | Cloud Engineer at Acedemand Consulting “Building AI/ML Platform on Google Kubernetes Engine”

Tədbirdə iştirak etmək ödənizşsizdir. İştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz:

 https://gdg.community.dev/events/details/google-gdg-baku-presents-google-io-extended-2024-baku/

Qeydiyyat üçün google (gmail) hesabınızla login edib, RSVP edərək ödənişsiz bilətinizi əldə edə bilərsiniz.

Posted 
Jul 11, 2024
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All