novasiya və Rəqəmsal İnkişaf Agentliyinin əsas tərəfdaşlığı ilə “INMerge” innovasiya sammiti baş tutub. Artıq 4-cü ildir ki, təşkil olunan sammitin ilk gününün açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov və digər rəsmilər çıxış ediblər.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev açılış nitqində son bir ildə rəqəmsal inkişaf, innovasiya, kibertəhlükəsizlik istiqamətlərində əldə edilən irəliləyiş, süni intellekt və dayanıqlı texnologiyalar sahəsində məqsədlərdən danışıb:
“Azərbaycanda süni intellekt üzrə tədqiqat işlərində 50% artım gözlənilir. Əsas istiqaməti süni intellekt olan yeni innovasiya mərkəzinin yaradılması da məqsədlərimiz arasındadır.”
O, həmçinin bildirib ki, son bir ildə minimum işlək məhsulu olan 150 startap yaradılıb və onların əksəriyyəti süni intellekt əsaslı həllər təklif edir.
Tədbirin ikinci günündə İRİA-nın sədri İnarə Vəliyeva rəqəmsallaşma vertikalında açılş nitqi ilə çıxış edib. Qurum sədri bir il əvvəlki innovasiya sammitində İRİA-nın “digital.azerbaijan” çətir brendini təqdim etidiyini xatırladaraq, son bir ildə qurumun rəqəmsallaşma, innovasiya və insan kapitalının inkişafı istiqamətlərində əldə etdiyi nailiyyətlərin bu brend altında həyata keçirildiyini bildirib.
Belə ki, son bir ildə dövlət-vətəndaş münasibətlərini rahatlaşdıran platforma “mygov” yenilənib, 145-dən çox dövlət xidmətinə təhlükəsiz girişi təmin edən “digital.login” vahid loqin sistemi istifadəyə verilib. Şəxsiyyət vəsiqəsi və 4 həyat hadisəsi kimi mühüm əməliyyatlar rəqəmsallaşdırılıb. O, xüsusilə, BMT-nin Elektron Hökumətin İnkişaf İndeksində Azərbaycanın tarixində ilk dəfə olaraq inkişaf etmiş ölkələrin də yer aldığı “ən yüksək EHİİ” kateqoriyasına daxil olduğuna diqqət çəkib.
Sammitin rəqəmsallaşma vertikalında, həmçinin İRİA-nın sədr müavini Rəşad Xalıqov da iştirak edib. O, Azərbaycanda dövlət xidmətlərinin rəqəmsal transformasiyası haqqında ətraflı məlumat verib. İRİA rəsmisi müzakirə panelində bildirib ki, 2021-ci ildən başlayaraq rəqəmsal transformasiya konsepsiyası çərçivəsində dövlət və özəl sektor arasında əməkdaşlığı təşviq edən Açıq Hökumət, Açıq Məlumatlar Portalı kimi təşəbbüslər reallaşdırılıb. Digər təşəbbüs “digital.finance” platformasına 50-dən çox bank və telekommunikasiya şirkəti inteqrasiya edilib ki, onlar bu platforma üzərindən həm açıq hökumət məlumatlarından, həm də digər özəl qurumların paylaşdığı datalardan istifadə edə bilirlər. R. Xalıqov, o cümlədən bildirib ki, “mygov” platforması istifadəçi təcrübəsini inkişaf etdirir, fərqli rəqəmsal savadlılığı və ya müxtəlif yaş qruplarından olan vətəndaşların rahat istifadəsi üçün adaptasiya edilir.
Qeyd edək ki, 2 gün davam edən “INMerge” innovasiya sammitinin əsas məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.