1

0 oktyabr 2024-cü il tarixində PAŞA Holding-in təşkilatçılığı ilə INMerge  innovasiya sammitin ilk günü baş tutub.

Sammit zamanı yeni INMerge Vençur kapital fondu təsis edilib. Fondun təsisçi tərəfləri kimi PASHA Innovations şirkəti, İnnovasiya və Rəqəmal İnkişaf agentliyi, Azərbaycan İnvestisiya Şirkəti, eləcə də Trendyol şirkətlər qrupu çıxış ediblər.

“PASHA Innovation olaraq bizim üçün çox qürurverci bir haldır ki, sözügedən fondun əsası məhz Inmerge sammiti zamanı qoyulub. İnanıram ki, fondumuz parlaq ideyaları dəstəkləyən əsas alətlərdən birinə çevriləcək” – PAŞA Innovation şirkətinin baş icraçı direktoru Fərrux Əliyev bildirib.

INMerge VK fondu çərçivəsində Qafqaz və Mərkəzi Asiya, Mərkəzi və Şərqi Asiya, eləcə də yaxın şərq və şimali Afrika regionlarından olan startaplara yatırımların edilməsi nəzərdə tutulur.

PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Posted 
Oct 10, 2024
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All