“Microsoft” Windows XP masaüstü rəsmlərindən ibarət olan yeni “Hardwear” geyim kolleksiyasını təqdim edib. 

Əgər siz həmişə Windows XP-nin o məşhur ekran kağızına baxıb zövq almısınızsa, artıq o rəsmin köynəklərini ala biləcəksiniz. Məşhur mavi səma və yaşıl təpə xardal və ya qara tişörtə əlavə edilib 60 dollara satılır.

Doqquz parçadan ibarət kolleksiya “Supervsn”in qurucusu Gavin Mathieu və “Microsoft” arasında əməkdaşlığın bir hissəsidir. Bu, “Microsoft”un geyim və mallardan ibarət ilk kapsul kolleksiyasıdır. Proqram istehsalçısı əməkdaşlıq çərçivəsində dəbdəbəli bir “nerd vibe” yaratmaq istəyib.

Posted 
Jul 21, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All