əbiətin səsinə “səs verən” kreslo
Han çayının sahilində yerləşdirilən bu kreslolar çayın və ağacların səslərini gücləndirərək sakinlərə bir növ rahatlıq bəxş edir. “Amplification Of The Senses Chair” adlanan bu küçə mebelinin dizaynı sayəsində çayın səslərini daha yaxşı eşitmək mümkün olur. Burada yaşayan insanlar istirahətə ehtiyac duyduqda bu kreslolarda dincəlib, çayla baş-başa qala bilirlər.
Bu kreslo bir növ, qarşıdakı insanı daha yaxşı eşitmək üçün əlinizi qulağınıza qoyduğunuzda yaratdığınız effekti yaradır amma təbii ki, daha böyüyünü. Kreslo Seulda Han çayının sahilində yerləşdirilib. Quruluş cəhətdən meqafona oxşasa da, bu oxşarlıq təkcə səsi yüksək eşitmək üçün deyil, insanın ətrafı görərək diqqətinin dağılmaması və bütün fikrinin çaya yönəlməsi üçündür.
Qeyd edək ki, bu kresloların dizaynı “Mootaa” studiyasında karyerasını davam etdirən Eun Van Çoya məxsusdur. O: “Bu çay bu çirkli şəhərdə təbiəti hiss edə biləcəyiniz nadir yerlərdən biridir. "Biz bu kresloda oturduqda onun sayəsində ağacların və çayın səsləri daha da güclənir", - deyə bildirib.