“Starbucks” ilk vaxtlarda “Pumpkin Spice Latte” və “Frappuccino” kimi içkilər yox, yalnız kofe dənələri satırdı. Ceri Bolduin, Zey Sayeql və Qordon Bauker tərəfindən yaradılan şirkətin taleyini tamamilə dəyişdirənisə o vaxtlarda birlikdə işlədikləri Qovard Şultz adlı şəxs idi. Özünü satış və marketinq müdiri olaraq komandaya daxil etməyi bacaran Şultz “Starbucks”ın da gələcəyini dəyişdirən ad oldu.


İtaliyanın Milan şəhərində kofe mağazasına gedən Şultzun ağlına “Starbucks”ı kofe zəncirinə çevirmək fikri gəlir. Şirkətin digər təsisçiləri isə bu fikrə isti yanaşmırlar. Məhz buna görə 1985-1986-cı illərdə Şultz “Starbucks”ı bir qrup investor ilə birlikdə alır və bugünkü məşhur “Starbucks”ın təməlini qurmuş olur.

“Starbucks” bu dövr ərzində sürətlə böyüyür, 1992-ci ildə ictimaiyyətə açılana qədər 140 müxtəlif nöqtədə xidmət göstərməyə başlayır. 1994-cü ildə bu say üçqat artır. 1996-cı ildə isə “Starbucks” 1000-ci mağazasını və ABŞ xaricindəki ilk mağazasını (Yaponiya) açır. 2000-ci ildə isə şirkət 3000-ə qədər mağazaya sahib olur.

‍Frappuccino Effect

2000-ci ildə Qovard Şultz şirkətin başına keçərkən “CEO” kreslosunu Orion Smitə təhvil verir. Smitin vaxtında şirkət hər il 1500 mağaza açır və həcmi 4 dəfədən çox artır.

Bu dövr ərzində “Starbucks” eksklüzivliyi ilə tanınmağa başlayır, dəyərlənmə potensialı yüksək olan yerlərə də ilk girən markalardan biri olaraq yaddaşlarda qalır. Hətta buna “Frappuccino effekti” də deyirlər. Xülasə, əgər bir daşınmaz əmlakın yaxınlığında “Starbucks” yerləşirsə, həmin daşınmaz əmlakın dəyəri də xeyli artırdı.

Belə sürətlə böyümək əlbəttə ki, “Starbucks” üçün bir sıra problemlər də yaradırdı. Başlıca səbəb Orion Smitin idarəçiliyində keçən sürətli böyümə dövründə şirkətin müştəri təcrübəsini və kofe keyfiyyətini ikinci plana atması idi. 2008-ci il böhranı “Starbucks”a heç də yaxşı təsir etmədi. Bu böhrandan sonra Şultz vəzifəsinə geri qayıtdı.

Əvvəllər yalnız kofe dənələri satmağı sevməyən və bunu dəyişdirən Şultz direktorluğunun bu mərhələsində yalnız içki satmaqdan və gözəl yerlərdə olan “Starbucks” mağazalarını bağlamaqdan da bezdi. Bunun əvəzinə o, şirkəti banka, hətta fintek bankına çevirmək qərarına gəldi. Şultz şirkətə “CTO” təyin etdi. Məhz bundan sonra da “Starbucks” öz sadiqlik proqramını işə saldı. Əvvəllər bu proqramın demək olar ki, digərlərindən elə bir fərqi yox idi. Kartla alış-verişin az-maz üstünlükləri var idi: hərdən pulsuz kofe içirdiniz və ya kiçik endirimlər olurdu.

“Starbucks”ın ən böyük addımı isə kartları eyni zamanda pul yüklənə bilən vəziyyətə gətirməsi oldu. Karta yüklənilən pul yalnız “Starbucks” məhsullarını almaq üçün istifadə edilə bilirdi. Digər tərəfdən nadir hallar istisna olmaqla, kartdakı pulu çıxarmaq qeyr-mümkün idi. Bu da bizi bu nöqtəyə gətirib çıxarır:

Starbucks: Kofe bankı



Bir az da “Starbucks” kartlarına və ya mobil tətbiqetməyə yüklənilən pullardan danışaq… Karta yüklənilən pul artıq “Starbucks”ın pulu hesab olunur, qarşılığında isə marka müştərilərə kofe təklif edir. Tətbiqetməni istifadə edərkən ulduzlar toplanılır. Kampaniya və ya endirim yoxdursa, hər içkidən 1 ulduz qazanılır, doğum günlərində isə hər müştəriyə 1 içki hədiyyə olunur. Bu baxımdan “Starbucks” tətbiqetməsi istehlakçı dostu sayıla bilər.

Digər tərəfdən baxdıqda isə tətbiqetmədəki pul yalnız “Starbucks”da keçərlidir. Yəni pulun başqa yerdə istifadəsi mümkün deyil. Bu halda istifadəçilər əslində hesablarındakı pulu “Starbucks”a borc vermiş olurlar. Minlərlə filialı olan marka satışının 30%-ni “Starbucks” kartları və hesabları ilə həyata keçirdiyi üçün illik əlavə 1,5 milyard dollarlıq mənbə ilə təmin olunur.

Təbii ki, bu məbləğ müqabilində şirkət öz müştərilərinə faiz ödəmir. Şirkət ABŞ hökumətindən bu məbləğdə investisiya krediti olaraq alsaydı, təxminən 50 milyon ABŞ dolları dəyərində faiz ödəyərdi. Üstəlik, proqramın yeganə üstünlüyü tək bu deyil. Sistemə daxil olan pulun orta hesabla 10%-i müştərilər tərəfindən unudulur, itirilir və ya istifadə edilmir. Kart və ya hesab balanslarına daxil edilən bu məbləğ hər il ümumilikdə 150 milyon dollara çatır. Beləliklə, “Starbucks” bu pulun sahibinə çevrilir.Xülasə, ABŞ-da minlərlə bankın ümumi aktivlərinin heç 1 milyard dollara belə çatmadığı halda “Starbucks” kassalarında banklardan daha çox pul mövcuddur. Həmçinin insanların bir-birinə “Starbucks” kartları hədiyyə etməsi də pulun şirkət ekosistemindən çıxmadan əldən-ələ keçə bilməsi deməkdir.Qeyd: Sadiqlik proqramı hazırda Bakıdakı “Starbucks” mağazalarında keçərli deyil.

Posted 
Aug 20, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All