“Spotify” çərşənbə axşamı “Wordle”ün musiqi trivia oyun versiyası olan “Heardle”ı aldığını elan edib.

Press-relizdə deyilir ki, musiqi strim platforması “Spotify”ın qiymətini açıqlamaqdan imtina etdiyi “Heardle”ın alınması köhnə və yeni mahnıların tanınmasına kömək edəcək. 

Başqa sözlə, oyun istifadəçilərə köhnə sevimli hitlərini yenidən dinləməyə və yeni sənətçilər kəşf etməyə kömək edəcək. Həmçinin mahnıları düzgün təxmin edib-etməmələrini “Spotify”da öz musiqiləri ilə əlaqələndirəcək.

İndiyə qədər “Heardle” “Soundcloud”dan musiqi pleyeri kimi istifadə edirdi. İndi “Heardle”ın loqosu platformanın şriftinə uyğunlaşdırılmaqla yanaşı, musiqi pleyeri birləşdirilib, “Spotify”a uyğun dəyişdirilib, lakin oyun eyni olaraq qalır.

“Heardle” hələki pulsuz və veb formatda oyun olmağa davam edəcək. 

Posted 
Jul 22, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All