NFT nədir? Ondan nə üçün istifadə olunur?

NFT incəsənət, musiqi, oyundaxili kompenentlər və videolar kimi real və virtual dünya obyektlərini təmsil edən rəqəmsal məfhumdur. NFT-lər kriptovalyuta ilə onlayn alınır, yaxud satılır. 

NFT bazarı təkcə 2021-ci ildə heyrətamiz şəkildə 41 milyard dollar dəyərində idi ki, bu da bütün qlobal incəsənət bazarının ümumi dəyərinə yaxındır.

NFT-lər ya 1 ədəd, yaxud məhdud sayda olur və unikal identifikasiya kodlarına sahib olur. 

NFT nə üçün istifadə olunur?

Əksər NFT-lər Ethereum blokchainin hissəsidir. 2014-cü ildən bəri mövcud olsa da, NFT-lər bu günlərdə ciddi şöhrət qazanır, çünki onlar rəqəmsal sənət əsərlərini almaq və satmaq üçün getdikcə populyar bir üsula çevrilir. 

NFT həm maddi, həm də qeyri-maddi obyektləri təmsil edən rəqəmsal obyektlərdən yaradılır, o cümlədən:

  • Qrafik incəsənət nümunələri;
  • GIF-lər;
  • Videolar;
  • Kolleksiya əşyalar;
  • Virtual avatarlar və video oyun “skin”ləri;
  • Musiqi və sairə.

Hətta tvitlər də NFT kimi istifadə edilə bilər. “Twitter”in həmtəsisçisi və eks-direktoru Cek Dorsi ilk tvitini NFT olaraq 2,9 milyon dollardan çox qiymətə satmışdı.

Əslində, NFT-lər fiziki kolleksiyaçı əşyaları kimidir, sadəcə rəqəmsal olaraq mövcuddur. Beləliklə, alıcı divara asmaq üçün yağlı boya tablosu əvəzinə, rəqəmsal fayl əldə edir.

Onlar həmçinin mülkiyyət hüquqlarını əldə edirlər. 

NFT-lərin eyni anda yalnız bir sahibi ola bilər. Bu, onların blokchain texnologiyasından istifadəsi sahiblik hüququnu yoxlamağı və sahiblər arasında tokenləri ötürməyi asanlaşdırır. 

İşin yaradıcısı, yəni sənətçi həmçinin NFT-nin metadatasında xüsusi məlumatları saxlaya bilər. Məsələn rəssamlar öz sənət əsərlərini fayla öz imzalarını daxil etməklə imzalaya bilərlər.

NFT-lərdən kimlər istifadə edir?

Blockchain texnologiyası və NFT-lər sənətçilərə və məzmun yaradıcılarına mallarından pul qazanmaq üçün unikal fürsət verir. 

Rəssamlar əsərlərini satmaq üçün artıq qalereyalara və ya hərrac evlərinə etibar etməli deyillər. Bunun əvəzinə, sənətçi onu birbaşa NFT kimi istehlakçıya sata bilər ki, bu da onlara daha çox qazanc əldə etməyə imkan verir. 

Bundan əlavə, sənətçilər qonorarla proqramlaşdıra bilərlər ki, sənətləri yeni sahibinə satılan zaman satış faizini alsınlar. Bu olduqca maraqlı xüsusiyyətdir, çünki real dünyada rəssamlar əsərləri ilk dəfə satıldıqdan sonra, ümumiyyətlə, gələcək gəlirləri almırlar.

İncəsənət NFT ilə pul qazanmağın yeganə yolu deyil. “Charmin” və “Taco Bell” kimi brendlər xeyriyyə məqsədilə vəsait toplamaq üçün temalı NFT sənətini hərraca çıxarıblar. 

“Charmin” təklifini "NFTP" (qaytarıla bilməyən tualet kağızı) (red. NFT özü də geri qaytarıla bilməyən token deməkdir, bu adda da bu məsələyə istinad edilib) adlandırıb. 

“Taco Bell”in NFT əsəri bir neçə dəqiqə ərzində satılıb, ən yüksək təkliflər 1,5 “wrapped ether” (WETH) olub - bu yazını yazdığımız tarixdə bu məbləğ 2,914,92 dollara bərabərdir.

Hətta Snoop Dogg və Lindsay Lohan və təzəlikcə Madonna kimi məşhurlar da NFT aləminə giriş edir, unikal xatirələr, sənət əsərləri və anları sekuritləşdirilmiş NFT-lər kimi təqdim edirlər, satırlar.

Ən sonuncu NFT xəbərləri üçün isə @trilogy.news “Instagram” səhifəsini izləməyi unutmayın!
Posted 
May 30, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All