Dünyanın ən populyar rəqəmsal yayım platforması “Netflix” 2 ildir ki, mütəmadi olaraq ən çox baxılan serial və filmləri ictimaiyyətlə paylaşır. Platforma bu istiqamətdə həftəlik, aylıq, illik və bütün zamanların ən çox izlənilən film və serialları üzrə fərqli siyahılar dərc edir. Son paylaşılan siyahı isə 29 avqust-4 sentyabr tarixləri arasında ən çox izlənilənlərlə bağlıdır.

“Netflix”in paylaşdığı siyahıda 36 milyon 580 min baxış saatı ilə “Echoes”in ilk mövsümü zirvədədir. Siyahının ikinci pilləsində 35 milyon 370 min baxış saatı ilə izləyicilərin qarşısına bu həftə çıxan “Devil in Ohio” qərarlaşıb. Növbəti pillədə 33 milyon 320 min baxış saatı ilə “The Sandman”ın 1-ci mövsümü yer alıb. Platforma tarixində ən yüksək büdcəli orijinal istehsal olduğu üçün izləyicilərdə böyük maraq oyadan bu serial “Top 10” siyahısına 1 ay ərzində düşməyi bacarıb.

“Partner Track”in 1-ci mövsümü 31 milyon 140 min baxış saatı ilə dördüncü yerdədir. Bu istehsal keçən həftə 16 milyon 660 min baxış saatı ilə ilk dəfə 7-ci yerdə qərarlaşmışdı. “Partner Track” serialının populyarlığı vaxt keçdikcə artmağa davam edir.

Növbəti pillədə “Netflix”də deyil, bütün rəqəmsal platformalarda da ən çox baxış rekorduna sahib olan və bu həftə 20 milyon 280 min izləmə saatı ilə siyahıya daxil olan “Stranger Things”in 4-cü mövsümü var. Bu serial düz 15 həftədir ki, “Top 10”dadır.

Posted 
Sep 12, 2022
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All