illi İnternet Mükafatı - MilliNet2023 müsabiqəsində internet resursların qeydiyyatı davam edir.Resursların qeydiyyatı 17 noyabr tarixdə başa çatacaq. Bu günədək müsabiqəyə 13 Nominasiya üzrə 116 resurs təqdim edilib.
MilliNet TK müsabiqənin şəffaf və ədalətli, Qaydalara uyğun olaraq keçirilməsi üçün zəruri addımlar atır. Daha peşəkar, müstəqil və obyektivliyi ilə seçilən mütəxəssis və ekspertlərin münsif olaraq seçilməsinə diqqət yetirilir.
MilliNet2023 münsiflərinin yeni tərkibi də artıq formalaşıb. Yeni seçilmiş 15 ekspert bu il internet resursların qiymətləndirilməsində iştirak edəcək. Münsiflərin qiymətləndirməsi həlledicidir, hər hansı appelyasiya qəbul edilmir. Bu il müsabiqəyə təqdim edilən resurslar yeni meyaralar əsasında qiymətləndiriləcək.
Münsiflərə aidiyyatı olan hər hansı resursun müsabiqədə iştirakına yol verilmir. Milli Net TK bildirir ki, müsabiqə Qaydalarına uyğun olaraq qiymətləndirmə 2 mərhələdə həyata keçirilir. 20 noyabr tarixdən 1-ci mərhələ səsvermə prosesi başlayır və noyabrın 25-də başa çatacaq. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.
Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib resurslar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq .Münsiflərin 2 -ci mərhələ üzrə qiymətləndirməsinin nəticələri təqdimat mərasimindən sonra açıqlanacaq.Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabr ayında keçirilməsi nəzərdə tutulub.Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURES, AzİnTelecom, Lenovo, KATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUB, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, YeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRILOGY, Technote Media və Xəbərlər.az media resurslarıdır.