illi İnternet Mükafatı – MilliNet 2023 müsabiqəsində rəqəmsal resursların qeydiyyatı başa çatıb və 1-ci səsvermə mərhələsi başlayıb.
Bu il müsabiqəyə 13 Nominasiya üzrə 222 resurs təqdim edilib. İndiyədək təqdim edilən rəqəmsal resurslardan 186-ı müsabiqəyə qəbul edilib.
Qaydalara uyğun olmayan 36 resursun müsabiqəyə qəbulundan imtina edilib.
MilliNet Təşkilat Komitəsi bildirir ki, bu müddət ərzində layihələrini təqdim edənlər və müxtəlif problemlər səbəbindən MilliNet TK tərəfindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək problemləri aradan qaldırıb yenidən müraciət edə bilərlər.
Bir Nominasiya üzrə rəqabətli mühit formalaşmadığı üçün, bu Nominasiyalardakı resurslar digər uyğun Nominasiyalara keçirilib.
Beləliklə, hazırda MilliNet 2023-ə təqdim edilən 222 resursdan 186 resurs 13 Nominasiya üzrə “ilin resursu” statusunu qazanmaq üçün yarışmada iştirak edəcəklər.
“İlin rəqəmsal siması” Xüsusi Nominasiyası üzrə 8 iddiaçı qeydiyyatdan keçib.
Hazırda MilliNet.az –da qeydiyyatdan keçən istifadəçilər yalnız müsabiqəyə qəbul edilən saytları bəyənməklə münasibət bildirə bilərlər.
MilliNet TK bildirir ki, bu gündən etibarən müsabiqəyə buraxılan resursların qiymətləndirilməsinə başlanıb. Müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. 21 noyabr tarixdən 1-ci mərhələ qiymətləndirmə prosesi başlayıb və ayın sonunadək davam edəcək. 1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.
Bu nominantlar arasından 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək. 2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 10-dək yekunlaşacaq.
Bu il resurslar yeni meyarlar əsasında 15 münsif tərəfindən qiymətləndiriləcək. “İlin rəqəmsal siması” Nominasiyası üzrə qalib MilliNet TK tərəfindən müəyyən olunacaq.
Münsiflərin 2-ci mərhələdə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq. Qaliblərin mükafatlandırılması ilə bağlı yekun təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURES, AzİnTelecom, Lenovo, KATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUB, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, YeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRİLOGY, Technote Media və Xəbərlər.az media resurslarıdır.
MilliNet Təşkilat Komitəsi
www.millinet.az