illi İnternet Mükafatı - Milli Net 2023 müsabiqəsində səsvermənin 1-ci mərhələsi başa çatıb. Bu il Müsabiqəyə 14 Nominasiya üzrə 222 internet resurs təqdim edilmişdi.
Onlardan yalnız Qaydalara uyğun olan 187 resurs Müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib.
8 nəfər isə “İlin rəqəmsal siması” nominasiyasına qəbul edilib.
Bir Nominasiya üzrə rəqabətli mühit formalaşmadığından ləğv edilərək resurslar digər nominasiyalara keçirilib.
Bu il ilk dəfə olaraq resurslar yeni meyarlar əsasında qiymətləndirilib. Beləliklə, müsabiqəyə qəbul olunan 187 resursun 1-ci mərhələ qiymətləndiriıməsində 14 münsif iştirak edib. Səsvermənin 1-ci mərhələsinin yekun nəticələrinə və MilliNet Qaydalarına əsasən 12 Nominasiya üzrə 187 resurs arasından 71 resurs Nominant statusu alıb.
Bu resurslar 2-ci qiymətləndirmə mərhələsində mübarizəni davam etdirəcəklər. Nominantların tam siyahısı www.millinet.az da yerləşdirilib.
Səsvermənin 2-ci mərhələsi 01 dekabr tarixdə başlayacaq və 10 dekabr tarixində başa çatacaq. Bu mərhələdə münsiflər resursları mövcud Meyarlar üzrə daha dərindən araşdıraraq qiymətləndirəcək və verdikləri qiymətləri əsaslandıracaqlar. Bu qiymətlər yekun təqdimatdan sonra resurs sahibləri üçün açıqlanacaq.
2-ci səsvermənin nəticəsindən asılı olaraq hər Nominasiya üzrə qaliblər seçiləcək.
Milli İnternet Mükafatının ənənəvi yekun Təqdimat mərasiminin 15 dekabr tarixdə keçirilməsi nəzərdə tutulub.
Təşkilat Komitəsi tərəfindən hazırda qaliblərin mükafatlandırılmasına hazırlıq işləri görülür.
Müsabiqədə 13 Nominasiyanın hər biri üzrə qalib gələnlərə Milli İnternet Mükafatı, qiymətli hədiyyələr və diplomlar təqdim olunacaq.
Milli İnternet Mükafatına Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi rəsmi dəstək verir.
Əsas tərəfdaşlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətidir.
MilliNet-in Baş sponsoru CityNet şirkətidir.
Gold sponsorlar ALVENTURES, AzİnTelecom, Lenovo, KATV1 və Caspel şirkətləridir.
Sponsorlar SABAH.HUB, Alas Academy , ULTRA Technologies və Azərbaycan Texniki Universitetidir.
YODA, YeniMedia və hellojob.az MilliNet-in tərəfdaşlarıdır.
MilliNet-in media tərəfdaşları TRILOGY NEWS, Technote Media və Xəbərlər.az media resurslarıdır.