ədbirdən maraqlı məlumatlar gəlməyə davam edir!
Trilogy News xəbər verir ki, "Inmerge Innovation Summit" çərçivəsində bir neçə dövlət qurumunun və özəl şirkətin iştirakı ilə Azərbaycan Respublikasında İnnovasiya və startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı anlaşma memorandumu imzalandı.
Memorandumun məqsədi Azərbaycanda sahibkarlıq mühitinin, insan kapitalı potensialının inkiafı, eləcə də, ekosistemin formalaşmasına dəstək olacaq infrastrukturun gücləndirilməsi və maliyyələşməsini tam funksional vəziyyətə gətirməkdir. Bununla da, ölkəmizi startap aləmində regionun əsas oyunçusuna çevirmək hədəflənir.
Memorandum çərçivəsində müvafiq fəaliyyətlər həmçinin SABAH.HUB İnnovasiya Mərkəzinin təşəbbüslərini də dəstəkləyəcək.
Müvafiq qurumların nümayəndələri:
"Socar"ın vitse-prezidenti Kənan Nəcəfov;
4-cü sənaye inqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov;
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri cənab Elnur Nəsibov;
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva;
"PAŞA Holdinq"in İnnovasiyalar şöbəsinin müdiri Fərrux Əliyev;
memorandumun imzalanma mərasimində iştirak edib.