Vərdişlərin Dəyişdirici Gücü
İnsanın Məna axtarışı kitabından sonra, 2-ci istinad kitabı olaraq seçdiyim kitab James Clear-ın Atomik Vərdişlər kitabı oldu. New York Times “Çox satanlar” siyahısında yer alan bu kitap vərdişlərə baxışımı həqiqətən dəyişdi.
Soruşsanız ki niyə?
Əvvəllər düşünürdüm ki, vərdişlər və çox spesifik nizamlamalar həyatı monotonlaşdırır və buna görə də həzz almağa və spontanlığa mane olur. Kitabı oxuduqca əvvəlki ön mühakimələrimə cavab tapdım, əvvəlcə yeni vərdiş formalaşdırmağa çalışarkən düşdüyüm tələlərin fərqinə vardım və daha sonra səbəbləri dərindən anlamağa başladım. Kitabın ən yaxşı tərəfi isə odurki, sizə həll yolları təklif edir və onu həyata keçirməyinizi asanlaşdırır. Bu səbəbələ də kitabın mənim həyatıma böyük təsiri oldu.
Bəs James Clear nə deyir?
“Möhtəşəm bir kitab yazmaq üçün əvvəlcə özünüzü kitaba çevrilməlisiniz” deyə girişdə çox təsir edici bir cümlə var.
Həqiqətən də nəyisə dəyişdirmək istəyiriksə əvvəlcə özümüz dəyişməliyik. Bir çoxumuz qısa müddətdə böyük məqsədlər güdürük, çox vaxt bu böyük gözlənti ilk dəyişiklik prosesində bizə mənfi təsir göstərir. Halbuki, hər gün atdığımız kiçik addımlar bizi gün keçdikcə yaxşılaşdırır.
Yəni, bir gecədə milyonçu olmaq və ya bir həftə ərzində 1 bədən ölçüsü qədər arıqlamaq mümkün deyil, önəmli olan oraya çatmaq üçün hər gün etdiyimiz hərəkətlərdir.
Bu hərəkətləri yerinə yetirmək üçün hədəflərdən çox sistemlər, yəni gün ərzində özümüzə təyin etdiyimiz rutinlər ön plana çıxır. Günlük həyatımızda etmək istədiklərimiz üçün nə qədər vaxt ayıra bilsək, bir o qədər irəliləyəcəyik. Bu nöqtədə ikinci illüziyanı özümüzə hədəflər qoyarkən yaşayırıq, fit bir insan olmaqdansa, sağlam insan olmağı özümüzə məqsəd qoymalıyıq.
Beləliklə, məqsəd şəxsiyyətin transformasiyasıdır, mən necə bir insan olmaq istəyirəm? Olmaq istədiyimiz insanı müəyyən etməli, özümüzə yol xəritəsi cızmalı və həyatımıza daxil etmək istədiyimiz davranışı şəxsiyyətimizin bir hissəsinə çevirməliyik.
Başqa sözlə, sizi tanıyan insanlar sağlam həyata marağınızdan danışanda siz öz dəyərlərinizi yaşayan insana çevrilmiş olursunuz. Bu səbəblə şəxsiyyətimizin mahiyyətinə uyğun gəlməyən bir davranış qalıcı ola bilməz, şəxsiyyətimizi genişləndirmək üçün istəyimiz və onu tətbiq etmək bacarığımız olmalıdır.
Bir davranışla bağlı nə qədər çox hərəkət etsək, bu davranışla bağlı şəxsiyyətimiz bir o qədər güclü olur.
Qısaca;
Addım 1: Kim olmaq istədiyinizə qərar verin
Addım 2: Kiçik qələbələrlə bunu özünüzə sübut edin, nə qədər çox sübutunuz varsa, bir o qədər inanırsınız.
‘Vərdişlər azadlığı yaradır”.
Məni ən çox təəccübləndirən və məşq etdikcə anladığım şey odur ki, vərdişlər yarandıqca beyində fəaliyyət səviyyəsiazalır və diqqət artır. Beləliklə, əslində vərdişlər idrak yükünü azaldır və zehni qabiliyyəti azad etdiyinə görə, başqa işlərə vaxtınız qalır, beləlikdə yaradıcılıq üçün sərbəstlik və vaxt qazanmış olursunuz.
Vərdiş necə formalaşır?'
Birinci mərhələdə bir siqnal beyninizi işə salır. İkinci mərhələdə bu hərəkət verici siqnal sayəsində istək ortaya çıxır. Üçüncü mərhələ reaksiyadır; reaksiya etdiyiniz vərdişdir. Reaksiya yaratmaq üçün bizim bunu etmək qabiliyyətimiz olması vacibdir. Son addım isə mükafatdır.
Siqnal- İstək - Reaksiya – Mükafat
Vərdişləri həyata keçirmək üçün özümüzə verməli olduğumuz suallar:
1 – Siqnalı necə gözlə görünən edə bilərəm?
2 – İstəyi necə cəlbedici edə bilərəm?
3 - Reaksiyanı necə asanlaşdıra bilərəm?
4 - Mükafatı necə məmnun edici hala gətirərəm?
Yeni vərdiş üçün nə etmək istədiyinizi dəqiq bilməlisiniz. Müraciət niyyətinizi, vaxtınızı və məkanınızı özünüz üçün aydınlaşdırmalısınız, məsələn mən hər səhər yuxudan duran kimi otağımda 15 səhifəlik kitab oxuyacağam. Bir çoxumuz istədiyimizə nail ola bilməməyimizin arxasında motivasiya çatışmazlığının olduğunu düşünür, halbuki məsələ istəyin aydın olmağıdır. Bu nöqtədə, mühitinizi yeni vərdişlər üçün yenidən dizayn etmək vacibdir.
‘Daha yaxşı vərdişlər yaratmaq üçün edə biləcəyiniz ən təsirli şeylərdən biri arzuolunan davranışın normal davranış olduğu bir mədəniyyətə qoşulmaqdır.
Son illüziya isə, yeni vərdişlər üçün, özünüzdə etməliyəm yerinə edə bilərəm kimi perspektiv inkişaf etdirməkdir.
Həyatınıza daha asan vərdişlər əlavə etmək üçün bunu artıq etdiyiniz bir davranışın sonuna əlavə etmək, o vərdişin artıq tətbiq olunduğu bir mühitə girməyiniz faydalı olacaq.
Nəhayət, kitabdan bir sitatla bitirirəm:
“Hamımız maneələrlə üzləşirik, lakin uzunmüddətli perspektivdə həyatımızınkeyfiyyəti vərdişlərimizin keyfiyyətindən asılıdır. Eyni vərdişlərlə eyni nəticələrəldə edə bilərsiniz. Amma daha yaxşı vərdişlərlə hər şey mümkündür”.
Hər birinizə, həyatınıza çevirmək istədiyinizşəxsiyyətlə bağlı vərdişlərinizi əlavə etdiyiniz xoş günlər arzulayıram.
Qeyd: James Clear-ın Atomic Habits kitabından öyrəndiklərimdir.