B

erlin mərkəzli fintek startapı "Topi" 15 milyon dolları sərmayə kapitalı və 30 milyon dolları borc sərmayəsi olmaqla 45 milyon dollar investisiya alıb. İnvestisiya raundunda “Index Ventures”, “Creandum”, “TriplePoint Capital” və adı açıqlanmayan mələk investorlar iştirak ediblər. Şirkət aldığı yeni sərmayə ilə “hardware” abunə xidmətini işə salmağı planlaşdırır.

“Topi” Harvard Biznes Məktəbində MBA təhsili aldıqları müddətdə tanış olan Estel Merl və Şarlotta Palyua tərəfindən yaradılıb. İctimaiyyətə təqdim olunan zaman “Topi”nin məqsədləri hələ tam olaraq bəlli deyildi. Buna baxmayaraq şirkət artıq yeni sərmayə ilə Almaniyanın elektron pərakəndə satış şirkəti “Gravis” ilə birgə təqdim edəcəyi ilk məhsulunu açıqlayıb.

2021-ci ildə əsası qoyulan Berlin mərkəzli startap pərakəndə satıcılar və bizneslərin ofis monitorları və kameralar kimi icarə avadanlığı təminatı üçün qoşula biləcəyi B2B platformasına malikdir. Sadə dillə desək, “Topi” satıcılara smartfonlar, printerlər, kompüter monitorları, kofe maşınları kimi avadanlıqlarını icarəyə götürməyə imkan verən bir xidmət kimi “hardware” biznes modeli satır. Şirkət pərakəndə satıcıların və KOB-ların qoşulması üçün “hardware” abunəlik platforması təklif edir.

“Topi”nin platforması müxtəlif elektron cihazlar üçün aylıq abunə haqları yaratmaq məqsədilə ödəniş provayderləri ilə birləşən, açıq bankçılıq proqramları üzərində qurulmuş xüsusi kredit qərarlarının qəbulu alqoritmləri ilə hər iki tərəf üçün çoxyönlü vasitələr dəstidir. Bir çox pərakəndə satıcılar artıq bir növ maliyyələşdirmə və ya lizinq variantını təklif edirlər, lakin “Topi” daha geniş bazara kredit imkanları təklif etmək məqsədilə şirkətləri platformasına daxil etmək istəyir. Bununla şirkət “HaaS”in (“hardware-as-a-service”) populyarlığından faydalanmağı da hədəfləyir.

Həmtəsisçilər datadan asılı olaraq biznesin digər şaquli istiqamətlər üzrə və coğrafi olaraq fəaliyyət sahələrini genişləndirə biləcəyini açıqlayıb. “Topi”nin hazırda 35-ə yaxın əməkdaşı var.

Posted 
Sep 1, 2022
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All