Ö

dəniş müqabilində məhsul və ya xidmətlər təqdim etməklə mənfəət əldə etməyə çalışan təşkilatlara biznes deyilir. Bununla belə, bir subyektin biznes hesab edilməsi üçün mənfəət əldə etməsinə ehtiyac yoxdur. Mənfəət və gəlir axtarışı özlüyündə təşkilatı biznesə çevirir.

Bu yazıda sizinlə biznes haqqında əsas məlumatlara toxunub yaxşı biznes plan yazmağın 9 mərhələsindən danışacağıq.

Biznes nədir?

Biznes - fəaliyyətdən mənfəət əldə etməyə çalışan hər hansı qurumdur. Biznes geniş termindir, lakin bu gəlir əldə etmək məqsədi daşıyan fəaliyyətlər insanların istədikləri və ya ehtiyac duyduğu bir növ məhsul və ya xidmətin təmin edilməsini əhatə edir. 

Biznesə necə başlamaq lazımdır?

Bir işə başlamazdan əvvəl biznesin nədən ibarət olduğunu, eləcə də, bizneslə əlaqəli hər hansı fəaliyyətləri aydın şəkildə təhlil edin. Buna bizneslə əlaqəli dövlət qanunlarını öyrənmək və gündəlik olaraq dövlət çərçivəsində alınan qərar və tədbirləri öyrənmək də daxildir. 

Bu məlumatlar bazarda uğurlu başlanğıc üçün güclü biznes planı hazırlamağa kömək edəcək.

(c) Gustavo Pedrosa

Biznes plan nədir? Biznes plan önəmlidir?

Çox güman ki, beyninizdə çox yaxşı biznes ideyanız var. Buna görə də "niyə vaxtımı biznes planı hazırlamağa sərf etməliyəm?" deyə düşünə bilərsiniz. Planlaşdırmaya sərmayə və vaxt sərf etməyinizin əsas səbəbləri bunlardır:

Biznes planı olan müsəssisələr 30% sürətlə böyüyür

Biznes planlaması ilə bağlı araşdırmaya əsasən, biznes plan yazmağa və onu müntəzəm olaraq nəzərdən keçirməyə vaxt ayıran şirkətlər planlaşdırmayan bizneslərdən 30% daha sürətli böyüyürlər. 

Bu şirkətlər nəinki daha sürətli böyüyürlər, həm də daha yaxşı fəaliyyət göstərirlər. Onların uzunmüddətli perspektivdə uğursuzluğa düçar olma ehtimalları azdır.

Kreditorlar və investorlar biznes planlarına ehtiyac duyurlar

Əgər biznesinizi inkişaf etdirirsinizsə və biznes krediti almağı və ya investorlarla əməkdaşlıq etməyi planlaşdırırsınızsa, sizə biznes plan lazımdır. 

Əksər kreditorlar və investorlar plan tələb edəcəklər. Hətta onlar rəsmi bir “biznes plan sənədi” istəməsələr belə, sizə verəcəkləri suallar elə məhz biznes planınızda yazacağınız məlumatlar olacaq.

Biznes planları riski azaldır

Biznesə başlamaq və idarə etmək həmişə risklidir. 

Biznes planı riskinizi azaltmağa və gələcəyə doğru istiqamətləndirməyə kömək edəcək.

(c) Abbey Lossing

Uğurlu biznes planını necə yazmaq olar?

Biznes plan, biznesinizin maliyyə məqsədlərini əks etdirən və onlara necə nail olacağınızı izah edən sənəddir. Güclü, ətraflı plan biznesin növbəti üç-beş il üçün yol xəritəsini təqdim edir. Siz bu planı hətta potensial investorlar, kreditorlar və ya digər mühüm tərəfdaşlarla paylaşaraq ideyanızı daha ətraflı başa sala bilərsiniz.

Gəlin biznes plan yazmağın addımlarına baxaq:

  1. Xülasə çıxartmaq

Bu, biznes planınızın ilk səhifəsidir. Buraya missiya bəyanatı, təklif olunan məhsul və ya xidmətlərin qısa təsviri və maliyyə artım planlarınızın geniş xülasəsi daxil edilməlidir.

  1. Şirkətinizi təsvir edin

Sonrakı addım şirkətinizin təsviridir. Bu addımda biz aşağıdakı məlumatları ehtiva edən bölməni yazmalıyıq:

  • Biznesinizin qeydiyyatdan keçmiş adı,
  • Biznes ofisinin ünvanı (varsa),
  • Biznesinizin qurucu və icraedici komandasında əsas şəxslərin adları. Komandanızın üzvləri arasında unikal bacarıqları və ya texniki təcrübəni vurğulamağa çalışın.

Şirkətinizin təsviri biznes strukturunuzu da müəyyən etməlidir. Əgər biznesiniz partnyorluq əsasında qurulubsa, biznesin sahiblərinin əldə etdiyi faiz nisbətini və hər bir sahibin şirkətdə iştirakının dərəcəsini daxil etmək məqsədəuyğundur.

Daha sonra isə bu hissədə şirkətinizin tarixi və hazırki planda əsas tutduğunuz yolu ifadə etməlidir.

  1. Şirkətinizin məqsədlərini yazın

Biznes planının üçüncü hissəsi obyektiv bəyanatdır. Bu bölmə həm yaxın müddətdə, həm də uzunmüddətli perspektivdə nəyə nail olmaq istədiyinizi dəqiqliklə təsvir edir.

Əgər biznes krediti və ya kənar sərmayə axtarırsınızsa, bu bölmədə vəsaitə nə üçün ehtiyacınızın olduğunu, maliyyələşdirmənin biznesinizin böyüməsinə necə kömək edəcəyini və böyümə hədəflərinizə necə nail olmağı planlaşdırdığınızı izah edə bilərsiniz. 

  1.  Məhsul və xidmətlərinizi təsvir edin

Bu bölmədə təklif etdiyiniz və ya təklif etməyi planlaşdırdığınız məhsul və ya xidmətlər haqqında ətraflı məlumatları əlavə etməyiniz məqsədəuyğun olar:

  • Məhsul və ya xidmətinizin necə işlədiyinə dair izahat.
  • Məhsul və ya xidmətiniz üçün qiymət modeli.
  • Xidmət etdiyiniz tipik müştərilər.
  • Təchizat zənciriniz və sifariş götürmək strategiyanız.
  • Sizin satış strategiyanız.
  • Paylama strategiyanız.

Siz həmçinin məhsul və ya xidmətinizlə bağlı mövcud və ya gözlənilən ticarət nişanları və patentləri müzakirə edə bilərsiniz.

  1.  Bazar araşdırması

Kreditorlar və investorlar məhsulunuzu rəqiblərinizdən nə ilə fərqləndirdiyini bilmək istəyir. 

Bazar araşdırması bölməsi ilə rəqiblərinizin kim olduğunu izah edin. Onların nəyi yaxşı etdiyini müzakirə edin və nəyi daha yaxşı edə biləcəyinizi qeyd edin. Fərqli və ya az xidmət göstərən bazara xidmət edirsinizsə, bunu izah edin.

  1.  Marketinq və satış planınızı təsvir edin

Burada siz müştəriləri məhsul və ya xidmətlərinizi almağa necə inandırmağı planlaşdırdığınızı və ya müştəri sədaqətini necə inkişaf etdirəcəyinizi bildirə bilərsiniz. 

Marketinq və satış planı ən az biznes ideyası qədər önəmlidir.

  1.  Biznesin maliyyə təhlili

Əgər biznesiniz startapdırsa, o zaman biznesinizin maliyyəsi haqqında hələ çox məlumatınız olmaya bilər.

Lakin əgər mövcud biznes haqqında yazırsınızsa, gəlir və ya mənfəət, yaxud zərər hesabatlarını, aktiv maliyyənizi və borclarınızı sadalayan balans hesabatını qeyd edə bilərsiniz. Pul vəsaitlərinin necə daxil olub çıxdığını göstərən pul vəsaitlərinin hərəkəti haqqında hesabatı da biznes planın içində yazmaq önəmli addımdır.

  1.  Maliyyə proqnozları

Əgər maliyyə və ya investor axtarırsınızsa, bu, biznes planınızın vacib hissəsidir. 

Bu, biznesinizin krediti ödəmək üçün kifayət qədər mənfəət əldə edəcəyini və ya investorlar üçün necə əsaslı gəlir əldə edəcəyinizi təsvir edir.

Burada siz biznesinizin aylıq və ya rüblük satışlarını, xərclərini və mənfəət təxminlərini ən azı üç illik dövr ərzində təqdim edə bilərsiniz. Bu rəqəmləri qeyd edərkən gələcəkdə ala biləcəyiniz hansısa kreditin məbləğini də yazaraq proqnozu əsaslandıra bilərsiniz.

  1. Əlavə detallar (məlumatlar)

Əsas komandanın üzvlərinin CV-ləri, lisenziyalar, avadanlıq icarəsi, icazələr, patentlər, qəbzlər, bank çıxarışları, müqavilələr və şəxsi və biznes kredit tarixçəsi kimi əlavə məlumatları bu hissəyə əlavə etmək olar. 

Posted 
May 18, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All