"

Apple” keçən bazar ertəsi “Vision Pro”nu təqdim etməklə bütün analitikləri, tədbir iştirakçılarını, bir sözlə, hər kəsi heyrətləndirdi.

Bu, AR/VR dünyasında buraxılan hələ ki, ən son məhsuldur, necə deyərlər, rəqabətədavamlıdır və gündəlik həyatımızın bir hissəsi olacaq qədər yüksək dəyərə sahibdir. Çoxlarımıza məlumdur ki, 2024-cü ildə gələcək “Apple Vision Pro”nun qiyməti nə az, nə çox 3499 dollar olacaq. “Meta”nın 499 dollara olan rəqib “Quest 3”ündən xeyli yüksək görünür, deyilmi?

Apple Vision Pro vs Meta Quest 3: What we know so far | Tom's Guide
Future | Meta

“Apple”, ümumiyyətlə, yeni məhsullar haqqında danışarkən sözləri həmişə diqqətlə seçir. “Axios”dan Ina Fried-in qeyd etdiyi kimi, “Apple” “smartfon” terminindən cəmi 1 dəfə istifadə etmişdi, o da 2007-ci ildə ilk dəfə “iPhone”u ictimaiyyətə tanıdarkən.

Gəlin, “Apple”ın təqdimatda “Vision Pro” haqqında istifadə etdiyi bəzi terminləri nəzərdən keçirək. Görünən budur ki, “Apple” bu terminlərin adını çəkərkən, bəzilərini, ümumiyyətlə, istifadə etməyib.

Inside Apple's 6-Month Race to Make the First iPhone a Reality | WIRED
Steve Jobs, 9 yanvar 2007-ci il. San-Fransisko, "MacWorld Coneference"
Adını çəkmədiyi: Metaverse

“Insider”dən Hasan Chowdhury bildirib ki, virtual kainatları təsvir etmək üçün Mark Zuckerberg-in tez-tez istifadə etdiyi “Metaverse” termini “Apple”ın təqdimatında 1 dəfə də olsun çəkilmədi. 

2021-ci ildə şirkətinin adını “Facebook”dan “Meta”ya dəyişdirən M. Zuckerberg informatikanın gələcəyi kimi “metaverse”ə böyük yatırım etmişdi. Çoxları isə bu anda fərqli düşünürdü. Məsələn, bu fikirlərin ümidlər məzarlığına məhkum olacağını deyirdilər.

The metaverse is anyone's game - Protocol
Meta

The Verge yazır ki, Zuckerberg kəskin reaksiya bildirərək, yeni məhsulun çox baha olduğunu deyib. Üstəlik, “Apple”ın “Vision Pro”nu tək oturan adamlarla nümayiş etdirməsinə kəm baxıb.

Adını çəkdiyi: AR (Augmented Reality)

Qarniturla bağlı istifadə olunan qarışıq reallıq, virtual reallıq kimi bir sıra terminlər əvəzinə, Tim Cook “Vision Pro”nun təqdimatı zamanı “Augmented Reality” ifadəsini işlədib:

“İnanıram ki, artırılmış reallıq texnologiyası dərin texnologiyadır. Rəqəmsal məzmunu real dünya ilə bağlamaq heç vaxt görmədiyimiz təcrübələrə yol aça bilər. Ona görə də bu gün mən sevinirəm ki, inqilabi yeni məhsulla tamamilə yeni AR platformasını təqdim edirəm”.

2 saatlıq təqdimatda ilk və son dəfə, məhz bu məqamda artırılmış reallıqdan bəhs olundu.

Apple CEO Tim Cook presents at WWDC 2023
5 iyun 2023, Kupertino, Kaliforniya.
Adını çəkmədiyi: Süni İntellekt

“Insider”dən Madeline Berg bildirib ki, bazar ertəsi “Apple”ın təqdimatında “süni intellekt” termininə demək olar ki, rast gəlinmədi.

Bunun əksi olaraq, “Alphabet”, “Microsoft”, “Meta”“Amazon” kimi digər texnoloji nəhənglər bu ilin 1-ci rübündə mənfəət hesabatlarında “AI” terminindən ümumilikdə 168 dəfə istifadə ediblər.

Apple Vision Pro panoramic photos
Panoram görüntülər "Apple Vision Pro"da belə görünür

“Vision Pro”nun müəyyən xüsusiyyətlərini təsvir etmək üçün “machine learning” kimi terminlərdən istifadə olunsa da, sənayenin hazırkı önəmli termini, ümumiyyətlə gündəmdə görünmədi. “Alphabet”“Microsoft” kimi rəqiblər generativ süni intellektdən istifadədə yarışsalar da, “Apple” hələ də bu yarışın iştirakçısı deyil.

Adını çəkdiyi: Spatial Computing (məkan hesablama)

“Spatial Computing” kompüter və ya telefon ekranlarından tamamilə kənarda maşınlardan (texniki mənada) istifadəni ifadə edən bir termindir və təqdimatda məhz ilk dəfə 2003-cü ildə bilinən bu anlayışa toxunuldu.

“Mac bizi fərdi hesablama ilə, iPhone isə mobil hesablama ilə tanış etmişdi. Apple Vision Pro isə bizi məkan hesablamaları ilə tanış edəcək”, - deyə Tim Cook çıxış edib. “Bu güclü və bizə aid olan texnologiya yeni sərhədlər müəyyən edəcək növbəti səyahətin başlanğıcıdır”.

Apple Vision Pro headset on display in Cupertino, California
"Apple Vision Pro" Kaliforniyadakı tədbirdən
Adını çəkmədiyi: Reality Pro

“Reality Pro” “Apple”ın yeni cihazlarının qabaqcadan bizə sızmış olan adı idi. Bunun əvəzinə şirkət “Vision Pro” adını seçdi. Məlum olur ki, cihazın adında “reallıq” sözünü istifadə etməmək onu digər AR/VR cihazlarından daha da uzaqlaşdırır.

Apple headset VR
"Apple" işçisi 5 iyun 2017-ci ildə Kaliforniyanın San-Xose şəhərində  "Ümumdünya Yaradıcılar Konfransı" zamanı yeni "iMac"ın VR imkanlarını sınaqdan keçirərkən media mənsubuna "HTC Vive" cihazını sınamağa kömək edir.
Adını çəkdiyi: EyeSight

Bazar ertəsi “EyeSight” konsepsiyası təqdim olunan zaman deyilən fikir təxminən bu cür idi: virtual görüntülər timsalında real həyat “Vision Pro”dan istifadə zamanı mümkündür.

A screenshot from Apple's video on 'EyeSight,' tech
Kimsə qəfil yanınızda görünərsə, görmə sahəsi ona uyğun şəffaf olur.

“Vision Pro” kimi cihazlar sübut etməlidir ki, insanlar gündəlik həyatda bu texnologiyalara vərdiş edə bilərlər və “EyeSight” potensial olaraq bu fikri dəstəkləyən konseptdir. Məsələn, “Vision Pro”dan istifadə edən zaman paralel olaraq ətrafımızda nələr baş verir, bunu eynəyi çıxarmadan da yaşaya biləcəyik.

Adını çəkdiyi: Immersive

“Vision Pro”dan danışarkən bu söz bir neçə dəfə təkrarlandı. “Apple”a görə, əsas satış meyarı kimi cihazın insanları cəlb etməsində bu sözə istinad etmək vacib idi. 

“Bəzi məhsullar var ki, texnologiyaya baxış tərzimizi və onun həyatımızdakı rolunu dəyişdirir”, - deyə T. Cook çıxış edib. “Biz inanırıq ki, Apple Vision Pro yalnız Apple-ın çatdıra biləcəyi performansa, cəlbediciliyə və qabiliyyətə malik inqilabi məhsuldur.”

Tim Cook with the Vision Pro
Tim Cook "Apple Worldwide Developers Conference" zamanı yeni "Apple Vision Pro"nun yanında

Posted 
Jun 13, 2023
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All