nnovasiya və Rəqəmsal İnkişaf Agentliyi proqram olan "TikTok Startap Akademiyası"na start vermək üçün "TikTok" ilə əməkdaşlıq edib. Proqram startap komandalarını "TikTok" platformasında effektiv marketinq üçün zəruri olan unikal bilik və dəyərli bacarıqlarla təmin etmək üçün nəzərdə tutulub.
Əsas seçim meyarları nələrdir?
Minimum əlverişli məhsula və qlobal bazara nüfuz etmək üçün strateji plana malikdir.
İştirak prosesi hər komanda üçün 3 mərhələdən ibarətdir: müraciət, seçim mərhələsi və final mərhələsi. Seçilmiş startaplar info-sessiyadan və oflayn kurslardan keçəcək və bütün kurslar ingilis dilində aparılacaq.
Final mərhələsi üçün Azərbaycan və Özbəkistandan ümumilikdə 16 startap seçiləcək. Qiymətləndirmə prosesindən sonra 8 pitçinq sessiyasında iştirak etmək imkanı qazanacaq.
Final mərhələsi noyabrın 28-də Bakıda keçiriləcək. Tədbirdə qalib startaplar üçün geniş vörkşoplar və pitçinq sessiyaları keçiriləcək və onlar öz marketinq strategiyalarını nümayiş etdirəcəklər.
Azərbaycandan və Özbəkistandan hərəsindən 3 startap olmaqla, hər birinə 2000 ABŞ dolları məbləğində qrant veriləcək. Qalib layihələr bu qrantdan "TikTok" platformasında məqsədləri üçün istifadə edə biləcəklər.
"TikTok Akademiyası"nda nə öyrənəcəksiniz?
Dəstək yönümlü modullar sizə "TikTok"da startapınızın marketinqi haqqında bilmək lazım olan hər şeyi öyrədəcək. Xüsusilə marketinq strategiyalarının hazırlanması mərhələsində olan startaplar üçün faydalı olacaq.
Siz mahiyyətcə cəlbedici məzmun yaratmağı, daha geniş auditoriyaya çatmağı, nəticələrinizi izləməyi və daha yüksək ROI əldə etməyi öyrənəcəksiniz.
Müraciət üçün son tarix: 13 noyabr 2023-cü il
Müraciət etmək üçün bu keçidə daxil ola bilərsiniz: https://lnkd.in/eT9jPFs4