A

zərbaycanın istedadlarını tanımağa davam edirik. Bu ay qonağımız maraqları üzərinə çəkən, "street art"ın ruhunu yaşadan və Azərbaycan tarixindən ilham alan əsərləri ilə Fizzochidir.

Onunla rəqəmsal dünya, sosial media, yeni layihələri və gələcək haqqında danışdıq.

1.Zəhmət olmasa özünü təqdim edə bilərsən?

Mənim adım fizzochi-dir. Əsl adımı çəkməyəcəm. :)

2.Bəs, sənətini necə təqdim edə bilərsən?

Mənim sənətim təxribatdır. Küçə sənəti təxribatı. İki üslubda rəsmlər çəkirəm Street-pop və calligraffiti.

3."Streetart"a nə vaxtdan başlamısan?

İlk qraffitimi 2001-ci ildə çəkmişəm. Daha sonra mən dizayner olmaq üçün dərs almağa başladım. Universitetdən sonra Peterburqdan olan məşhur rəssam İqor Yankovskinin köməkçisi olaraq işləməyə başladım. Onunla mən tikililərin fasadlarında qraffiti çəkməyi öyrəndim. Sonra isə Bakıya qayıtdım və street art-la məşğul olmağa başladım. Kalliqrafiyanı öyrənməyə başladım. Və artıq 5 ildir ki, bu üslubu bizim şəhərimizdə inkişaf etdirirəm.

4.Sosial media barədə fikirlərini öyrənə bilərik?

Rəssamlar üçün nəzərdə tutulmuş sosial şəbəkələrlə bağlı fikrim müsbətdir. Bunlar insanların sənin sənətini görməsi üçün gözəl platformalardır. Ancaq bu platformalarda gündəlik həyatımızı nümayiş etdirəcəyiksə, fikrim dəyişməkdən yanadır. Məsələn, mən sosial şəbəkələrdə öz üzümü göstərmirəm. İstəyirəm ki, insanlar mənim sənətimi dəyərləndirsin.

5.Rəqəmsal dünyada uğurlu olmaq üçün səncə nələr vacibdir?

Sosial aləmdə uğur qazanmaq üçün individuallıq və trendi hissi lazımdır.

6.Yaxın zamanda təqdim edəcəyin layihələr var?

Bu yaxınlarda buraxılacaq bir neçə layihə var. Ancaq onlar haqqında hələ danışa bilmərəm. Bütün yeni layihələri mənim Instagram hesabımda görə biləcəksiniz.

7.İncəsənətlə məşğul olmaq istəyənlərə nə kimi tövsiyələrin var?

İncəsənətlə məşğul olmaq istəyənlərə oğurlamağı tövsiyə edirəm. İstənilən başlanğıcda kimisə təqlid etmək yaxşıdır. Çünki bu üsulla öz üslubunu tapmaq daha asandır. Oğurlayın. Ancaq bunu rəssamlar kimi edin. Bəyəndiyin əsəri tapın, rəssam haqqında öyrənin. Onu nəyin yönləndirdiyini və niyə məhz bu cür rəsm çəkdiyini başa düşün. İnanın mənə, bunları öyrənərkən sizin hər zaman öz ideyalarınız da yaranacaq.

8.Sosial mediada səni necə tapmaq olar?

Mənim InstagramTikTok hesabım var.

Posted 
Sep 12, 2021
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All