"Samsung" Kanada saytında keçirdiyi kampaniya zamanı "Galaxy S25 Edge"in qiymətini səhvən açıqlayıb. Şirkət kampaniyanın şərtlərində telefonun 256 GB versiyasını 1,678 Kanada dolları, 512 GB versiyasını isə 1.858 Kanada dolları olaraq göstərib.

ABŞ dolları ilə bu qiymətlər təxminən 1,200–1,340 dollar aralığında dəyişir. "Galaxy S25 Edge"in 13 mayda təqdim olunacağı və ardınca ön sifarişlərin başlayacağı bildirilib. Cihaz Snapdragon 8 Elite prosessoru, 12 GB RAM, 4.000 mAh batareya və 200 MP əsas kamera ilə gələcək.
Daha çox
Daily
kateqoriyasından
View All