L

ondonda fəaliyyət göstərən yazıçı, texnologiya və media bloqçusu Nik Hilton yeni “Medium” yazısında podkastları təsirli, effektiv və ictimai fikrə yön verən element kimi önəmli edən nüanslardan bəhs edib. “Trilogy News” həmin yazının ixtisarını sizinlə bölüşür.

Keçən həftələrdə “Press Gazette” (Britaniyadan xəbər saytı) tərəfindən yayımlanan bir press-relizə rast gəldim. Məqalədə Scandi podcast hostinq və reklam şirkəti olan “Acast”ın podkastinqdə "ehtimal ki, ən nüfuzlu" yayımlardan ibarət konsorsiuma rəhbərlik edəcəyi qeyd edilib. Bəs o podkast yayımçıları kimdir? “The Guardian”, “The Times”, “The Economist”, “The Financial Times” və “Tortoise Media”.

Bu xəbər məni xeyli düşünməyə vadar etdi. Bunun səbəblərindən biri o idi ki, sadalanmış podkast yayımçılarının hansı statistika əsasında “təsirli” hesab edildiklərini anlaya bilmirdim. Buna görə də bu barədə tvit atdım:

Onu da qeyd etmək lazımdır ki, çox təsirli olduğu vurğulanan podkast yayımçılarının “Apple Podcasts” üzərində “Bütün kateqoriyalar” daxilində sıralaması belədir: “The Guardian” (№29), “The Times” (№57), “FT” (№70), “Economist” (№130) və “Tortoise” (№52). Bu bəsit məşhurluq indeksinə baxdıqda mənim üçün bu podkastların necə “çox təsirli” hesab edildiyini anlamaq çətinləşdi.

Bu tviti keçən həftələrdə atsam da, bu suala diqqət çəkməyi önəmli hesab edirəm: podkastları təsirli (“influential”) edən nədir?

Birinci sual metriklərlə, yəni təsiri ölçdüyümüz ölçülərlə əlaqəlidir. Təsirin maddi ölçüləri hansılardır? Bu tvitə tez-tez verilən ən mənfi cavablardan biri o idi ki, “Apple Podcasts” statistikalarını bu şirkətdə işləyən insanlardan başqa heç kim anlaya bilməz. Şübhəsiz ki, bəzi nəticələr çiy statistikalara əsaslanır: məsələn hər epizodda 100 000 dinləyiciniz varsa, Böyük Britaniyanın “Top 100” çartına daxil olmaq ehtimalınız böyükdür, amma iş burada bitmir. Çünki burada artıq yeniliyə, davamlılığa və interaktivliyə qarşı  qərəz yaranır: yenilik - ola bilər ki, sizin son epizodunuz əvvəlki 3 epizoddan 3 dəfə çox dinləyici cəlb etsin; davamlılıq - dinləyicilərinizin neçə faizi epizodu sonacan dinləyir; interaktivlik- “Apple” bunu qəbul etməsə də, reytinqlər və yazılan resenziyalar da statistikalara təsir edir. Beləliklə, demək olar ki, “Apple Podcasts” statistikalarının nəticələri kobud və çiy hesab edilə bilər və heç vaxt digər podkast qrafikləri ilə (“Spotify”, “Pocket Casts”, “Deezer” və s.) dəqiq uyğunlaşmayacaq.

Ancaq mən əminəm ki, təsir dinləyicilərin çoxluğu ilə ölçülmür. Böyük Britaniyada “Succession”dan daha çox insan “Antiques Roadshow”a baxır, lakin hər qəzet Roy ailəsi dastanını işıqlandırır. Jurnalist Henri Cefriz mənim tweetimə cavab verərək, bunu səliqəli şəkildə yekunlaşdırdı: “Onların bütün dinləyiciləri yüksək nüfuza malikdir. Hətta mən deyərdim ki, bir “Economist” oxucusu, ehtimal ki, BBC-nin 5 dinləyicisinə dəyər”.

Bu nöqtəyə də toxunmaq lazımdı. Böyük Britaniyanın aparıcı siyasi jurnallarından biri üçün siyasət podkastını hazırladığım vaxtı xatırlayıram. İçki məclislərindən birində tanımadığım bir siyasətçi mənə yaxınlaşıb adımla xitab etdi. Məlum məsələdir ki, o, mənim podkastımın həvəskar dinləyicisi idi. Daha sonra həmin siyasətçi Maliyyə Nazirliyinin kansleri oldu. Bu kiçik lətifəni yazmağımın məqsədi odur ki, mən podkastımı neçə nəfərin dinlədiyini bildiyim kimi (hazırda “Apple”da “Xəbərlər” bölməsində 31-ci yerdə qərarlaşıb), əmin idim ki, bir çox siyasətçi yeni epizodlara həvəslə qulaq asır. Aydındır ki, bu, ciddi bir təsir formasıdır.

Və nəhayət, köklü tarixi olan yayımçı platformaların sadəcə kontent yarartmaqla podkastinqə ciddiyət gətirdiyinə dair arqumentlər var. “The Guardian” 1821-ci ildə, “The Times” 1785-ci ildə, “The FT” 1888-ci ildə, “The Economist” 1843-cü ildə təsis edilib: bunların hamısı podkastinq bir medium kimi istifadə olunmağa başlamamışdan ən az 100 əvvəl yaranmış platformalardır. Qəribə olanı 2019-cu ildə qurulan və sonradan audio kontentlərə üstünlük verən “Tortoise Media”dır. 

Mən bu arqumentin tərəfdarıyam. Köhnə media brendləri, həmişə medianın yenilikçi tərəfində olmasalar da, beynəlxalq miqyasda podkastinq uğuru üçün çox əhəmiyyətli olublar. “The Guardian” 2006-cı ildə “Football Weekly” podkastına başladıqda tamamilə sınaqdan keçirilməmiş bir sahəyə əhəmiyyətli resurslar yatırırdı (o zaman “BBC Radio” şoularını podkast kimi yayımlamağa başlamışdı, lakin hələ investisiya etmirdi). 17 il sonra, “Football Weekly” hələ də “The Guardian”ın audio dünyasında ciddi əhəmiyyətə səbəb olması illər əvvəl verilmiş qərarın doğruluğundan bəhs edir. 

Həqiqət budur ki, bizim “təsir”i hesablamaq üçün adekvat üsulumuz yoxdur. Düşünmürəm ki, özlərini “podkastinqdə ən təsirli səslər” adlandıran xəbər yayımçıları kvinteti bazara geniş nüfuza malikdir. Onların audio məhsullarının ümumi redaksiya planının xüsusilə ciddi hissələri olduğunu düşünmürəm (“Tortoise Media” istisna olmaqla). Ancaq düşünürəm ki, onlar nüfuzlu yayımçılardı, vəssalam (və ya amerikalıların dediyi kimi "period (nöqtə)"). Əgər nüfuzlu yayımçı podkast dərc edərsə, bu podkasti təsirli edirmi? Hər hansı bir əminliklə cavab vermək çətindir, lakin, şübhəsiz ki, onların reklam satış komandasının vermək istəyəcəyi təəssürat budur.

İndi sual budur ki, qrafikləri yeni adlar və təzə simalar ilə dolduran bu yeni başlayan media brendlərinin uzun müddət ərzində var olub-olmamasıdır. Onlar əsaslı yayımçılar olmaq istəyirlərmi? Yoxsa kimləsə əməkdaşlıq etmək, hansısa şirkətlə birləşmək və ya müəyyən uğurdan sonra podkastı satmaq istəyirlər? Çünki əgər təsir ölçüsü brendin öz orijinal səlahiyyətindən kənar məkanları nə dərəcədə kolonizasiya edirsə, onda heç bir podkast formatı hər hansı xüsusi təsir tələb edə bilməz. 

Qeyd: Azərbaycanda isə bilirik ki, Avto FM, İctimai FM kimi radioların şouları kiçik epizodlar kimi podkast platformalarına yükləməkləri, podkastinq mövzusunda ölkədə hansısa yeniliklər olduğunu deməyə sübut edir. Hazırda “Söhbətgah”, “Səma Abiyeva -nın podkastı”, “Orkhan Shahbaz”, “MANPASI”, “Səsli Kitab” kimi podkastların Azərbaycanda çox dinlənildiyi müşahidə edilir. Maraqlıdır, bu podkastların cəmiyyətin ictimai fikrinin yönəlməsinə hansı təsirləri olur?

Məqalənin orijinalı: What makes a podcast influential?

Posted 
Jun 21, 2023
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All