nnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyilə "Technovate - Sabah Mələk İnvestorlar Klubu" Azərbaycanda Mələk İnvestorlar Məktəbinin (Angel İnvestor School) açıldığını elan edib.
Azərbaycanda ilk dəfə fəaliyyətə başlayacaq məktəbin məqsədi ölkədəki mələk investorlara ilk olaraq nəzəri, daha sonra isə onları klub üzvü etməklə təcrübi biliklərə yiyələnməsini təmin etməkdir. Proqramdan məzun olmuş iştirakçılar daha çox inkişaf etmiş ölkələrdə, xüsusilə ABŞ startaplarına investisiya qoymaq imkanı qazanacaqlar.
Sözügedən məktəbdə tədris alan şəxslərə startaplardan ibarət portfel yaratmaq, seçimləri düzgün aparmaq və maksimum uğurlu nəticələr əldə etmək istiqamətdində nəzəri biliklər öyrədiləcək. Kursda dərslər ingilis dilində həyata keçiriləcək. Dərslər ABŞ-dən olan ekspertlər tərəfindən tədris olunacaq. Kursun qeydiyyat müddəti noyabrın 1-nə qədər nəzərdə tutulub. Qeydiyyat zamanı IDDA promo kodundan istifadə edərək endirim imkanı əldə edə bilərsiniz.
Məktəbin ilkin qrupu barədə ətraflı məlumatı www.angelinvestor.az saytından əldə etmək mümkündür. Qeyd edək ki, “Technovate -Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi Fərid İsmayilzadənin sözlərinə görə, Mələk İnvestorlar Məktəbində adətən ildə 3 – 50 min ABŞ dolları civarında məbləği startaplara risk edərək yatırımlarını 10 və bəzən də, hətta 100 dəfə artırmaq istəyən şəxslərdir. Startaplara bu tip yatırımlar dünyada ən yüksək gəlirli yatırımlar hesabolunur. Məhz buna görə dünyadakı ən dəyərli şirkətlər nə zamansa startap olmuşdur. Onların qurucuları isə dünyanın ən varlı insanlarıdır. Bundan əlavə, startaplar bazar hədəflərinə uyğun olaraq öz ölkələrində, regionda və ya dünyada ciddi müsbət dəyişiklərə səbəb olurlar.