"Neuralink" şirkəti beyin çipi layihəsi üçün könüllü müraciətlərini qəbul edir. Daha öncə yalnız ABŞ, Böyük Britaniya və Kanada vətəndaşlarının qatıldığı proqram indi qlobal səviyyədə həyata keçiriləcək.

Proqram yalnız tetrapleji – yəni əllər və ayaqlar da daxil olmaqla bədənin hərəkətsiz olduğu vəziyyətdə olan şəxslər üçün nəzərdə tutulub. Beyinə yerləşdirilən eksperimental çipin, xəstələrin düşüncə yolu ilə rəqəmsal cihazlarla əlaqə qurmasına imkan verdiyi bildirilir. Neuralink bu texnologiyanın uğurlu nəticələr verdiyini və yeni mərhələdə daha çox xəstəyə tətbiq olunacağını açıqlayıb.
Daha çox
Daily
kateqoriyasından
View All