"

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin və digər media qurumlarının iştirakı ilə avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı, yeni avtobus zolaqlarının, həmçinin Bakı metrosunda ödənişlərin QR kodla olacağı ilə bağlı brifinq keçirilib.

Avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı brifinqdə ən yaddaqalan məqamlardan olub.

Mobil tətbiqlə istifadəçilər asanlıqla səfərlərini planlaşdıra, “BakıKart”ın balansını artıra və gediş haqqını ödəyə bilərlər. Mobil tətbiqdə qeydiyyatdan keçmək üçün mobil nömrə və şifr kifayətdir”.

В Баку выпустят новые автобусы еще на один маршрут
AYNA-nın İdarə Heyətinin sədri Anar Rzayev bildirib ki, mobil tətbiq iyulun 1-dən tam istifadəyə veriləcək.

“BakıKart” mobil tətbiqi və www.bakikart.az saytı vasitəsilə təmin edilən platforma üzrə hesablar vahiddir. Bu o deməkdir ki, www.bakikart.az saytı ilə qeydiyyatdan keçmiş istifadəçilər üçün mobil tətbiqdə yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur. “BakıKart” mobil tətbiqinin beta versiyasını həm “App Store”, həm də “Google Play Store”da yükləmək mümkündür. Tətbiq hazırda beta versiyada olduğu üçün istifadəçilər xətalarla və yaxud qeyri-dəqiq məlumatlarla qarşılaşa bilərlər. Bununla əlaqədar olaraq beta istifadəçilərdən qarşılaşdıqları xətalar barədə tətbiq vasitəsilə məlumat vermələri xahiş olunur. Texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət etmək olar”.

İctimai nəqliyyatda QR kod ilə səfər
В Петербурге введут оплату общественного транспорта по QR-коду

“Digər metrostansiyalarında da texniki işləri (köhnə avadanlıqlar QR oxuyucularla əvəzləmək) yay boyunca yekunlaşdırmağı planlaşdırırıq ki, qarşıdan gələn sentyabr, iş və təhsil dövrünə tam hazır olaq”, - deyə Orxan Bayramov bildirib. Bu sistemin avtobuslarda da tətbiqi gözlənilir.

Bank kartları ilə səfər etmək mümkün olacaq
Metrô do Rio é o primeiro a usar tecnologia de aproximação | Agência Brasil

“Funksiya bu ilin sonunadək BakıKart-ın aktiv olduğu ərazilərdə fəaliyyət göstərəcək”, - deyə “K group” şirkətinin direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən brifinqdə bildirib.

Yeni avtobus zolaqları yaradılır
Bus lanes under threat - Campaign for Better Transport

"Xarici və yerli ekspertlərlə birgə yeni proqram hazırlanır. Bu, təkcə tıxaclarla bağlı deyil, həm də ictimai nəqliyyatın idarə olunması ilə bağlı proqramdır".

"Proqram çərçivəsində paytaxtın rəqəmsal əkizi yaradılacaq ki, qərarlar elmi əsaslarla verilsin. Proqramda avtobus zolaqlarının yaradılması, və ya yerlərinin dəyişdirilməsi nəzərdə tutulub. Avtobus zolaqlarının harada olması, hansı kəsişmələrdən keçməsini rəqəmsal əkiz vasitəsilə həyata keçirəcəyik”, - deyə Anar Razyev əlavə edib.

Mənbə: APA-Economics

Posted 
Jun 20, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All