Tarixdəki uğurlu insanların bir çoxuna nəzər saldıqda mükəmməlliyətçiliyin neqativ tərəflərindən doğan bəzi hekayələr tapa bilərsiniz.

Steve Jobs işçilərindən orijinal "Macintosh”un hər bir detalı üçün onun razılığını alınmasını tələb edirdi. Rejissor Stanley Kubrick “The Shining” filmində bir səhnəni 148 dəfə çəkdiyi üçün dünya rekordu qırıb. Hətta musiqiçi James Brown bek-vokalistləri səhv etdiyi zaman onları cərimələyirdi.

Detallara obsessiv yanaşma və uğursuzluğu qəbul etməmək cəhdi karyeralarında kömək etsə də, gələcəkdə bu hallar onların uğurlarını təhdid edən əsas şeyə çevrildi. Çünki mükəmməliyyətçilik nəzarətsiz qalanda dağıdıcı qüvvəyə çevirilir.

Əgər işinizi mükəmməl görməyə çox önəm verənsinizsə, bu halın sizə verdiyi 3 zərəri bölüşürük.

1. Mükəmməlliyyətçilik məhsuldarlığı əngəlləyir

Mükəmməl olmağa cəhd göstərdikcə səhv etmək qorxusu sizi hərəkət etməyə qoymur. Məhz buna görə böyük layihələri təxirə salır, yaxud önəmli tapşırıqlardan qaçırsınız.

Bununla siz lazım olan imkanları qaçırmaqla yanaşı, həm də sürətinizi itirirsiniz. Sürətiniz itdikdə isə həmin drayvı yenidən tapmaq və işə qoyulmaq daha da çətinləşir.

2. Mükəmməlliyyətçilik sizə həddən çox məsuliyyət və iş yükləyir

Əgər mükəmməlliyyətçi olduğunuzu düşünürsünüzsə, çox güman, heç kimin etdiyiniz işin sizin qədər yaxşı edə bilməyəcəyinə inanırsınız. "Bir şeyin yaxşı olmasını istəyirsənsə, özün et" deyimini sahiblənmisiniz.

Bununla belə, bu düşüncə tərzi zehni və fiziki enerjinizi sıfıra endirəcək və hədəflərinizə nail olma ehtimalınızı azaldacaq. Öhdəsindən gələ biləcəyiniz işlərdən daha çox şeyi üzərinizə götürsəniz və bir insan kimi fiziki, məkan və zaman kimi məhdudiyyətlərinizi dərk edə bilməsəniz, bu sizin “burn-out (həddən artıq yorulma hissi)” olmağınıza və nəticədə, biznesiniz və komandanız üçün güclü risklərin yaranmağına gətirib çıxaracaq.

Bundan qaçmağın isə yolu budur: Addımlarınızı təhlil etmək.

Komandanıza və şirkətinizə və edəcəyiniz işə nəzər salın. Əgər ətrafınızda bu işi sizin qədər olmasa da, ən azından yaxşı görəcək və 70%-lik keyfiyyət ortaya qoyacaq biri varsa, niyə siz komandanıza və biznesinizə həm enerji, həm də vaxt qazandırmayasınız? Əmin olun ki, komanda yoldaşınız tapşırılan işi etdiyi zaman siz daha önəmli məsələlərlə məşğul ola bilərsiniz.

3. Mükəmməlliyətçilik inkişafın qarşısını alır

Ola bilər ki, siz biznesinizi böyütmək istəyirsiniz, amma düşünürsünüz ki, hələki yeniliklərə ehtiyac yoxdur. Elə bu keysdə sizi geri çəkən mükəmməlliyətçilikdir.

Hər şeyi nəzarət altında saxladığınızı düşündüyünüz zaman yeni imkan və ideyalara özünüzü bağlamış olursunuz. Dəyişikliyə müsbət yanaşmırsınız və komfort zonanızdan çıxmaq istəmirsiniz. Bununla da biznesiniz olduğu yerdə saymağa başlayır.

Əslində, elə mükəmməliyyətçi insanların da ümumi xüsusiyyəti budur ki, onlar da səhvlər edirlər, yanlış qərarlar verirlər, amma bunu etiraf edib üzləşmək əvəzinə iqnor etməyi üstün tuturlar.

Eyni şəkildə işçiniz sizə yeni təkliflə gələ bilər və siz bu təklifi “hələ buna ehtiyac yoxdur” deyib kənara çəkilə bilərsiniz. Bu da əslində bir mükəməlliyətçi kimi, sizin səhv etməkdən qorxduğunuza dəlalət edir.

Bundan qaçmağın isə yolu budur: Səhvlərinizlə barışın.

Səhv etməyimiz, xüsusən də, biznesdə səhvlər etməyimiz normaldır. Əsas olan bu səhvləri necə qəbul etdiyimiz və gələcək üçün necə dərslər çıxartdığımızdır. Bir mükəməlliyətçi kimi, komfort zonanızdan çıxmağa və yeniliklərə açıq olmağa çalışın. Səhvləriniz olduqda bunu iqnor etmək əvəzinə, soyuqqanlılıqla onun həll yolunu axtarmağa çalışın. 

Posted 
Jun 14, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All