“KFC” Spaniyadakı yeni şöbəsini müvəqqəti olaraq “IKEA”nın loqosunu sahibləndiyi açıq hava kampaniyası ilə elan edir.

Spaniyanın Balear Adalarındakı ticarət bölgəsi Polígono de Son Malferit, yerli xalq tərəfindən ““IKEA”nın olduğu yer” olarak bilinir. “IKEA”nın bu bölgədəki məşhurluğundan istifadə etmək istəyən “KFC” isə açacağı yeni şöbəsini öz loqosuna başqa tanış bir görüntü bəxş edərək elan edir.

Bunu “IKEA”ya məxsus tipoqrafiyanı və rəngləri sahiblənərək edən “KFC”, ilk açıqlamasını “Twitter” hesabından edir. Açıqlamasında “Bir müddət öncə Palma de Mallorcada yeni bir KFC açdıq, amma heç kim dəqiq olaraq harada olduğunu bilmirdi deyə belə bir şey etməyə məcbur olduq” deyə vurğulayıb. “IKEA Spaniya” isə rəsmi hesabından “KFC”yə səmimi bir təşəkkür mesajı ilə cavab verdi.
“KFC” və “IKEA” arasındakı bu münasibət artıq indidən 1 milyondan çox baxışa və 6 min “interaction”a çatıb. Sosial mediada daha da məşhurlaşan açıq hava kampaniyası “PS21” yaradıcı agentlik tərəfindən həyata keçirilib.

Posted 
Aug 9, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All