Hər vaxtınız xeyir, "Trilogy.news" oxucuları. Bu günkü "influnser müsahibələri" rubrikamızın qonağı influnser (@narminknyaz) Nərmindir. Fürsətdən istifadə edərək, təklifimizi qəbul edib, müsahibəmizdə iştirak etdiyi üçün Nərminə dərin təşəkkürlərimizi bildiririk.
Zəhmət olmazsa, oxucularımıza özünüz haqqında ən önəmli məlumatları verin. Sizi tanımayanlar da tanımış olsunlar.
Nərmin Knyaz, İctimai Televiziyada yayımlanan səyahətlə bağlı “1 şəhər 24 saat” və “61!” İntellektual verilişlərinin aparıcısı, “Filmable Entertainment”in rəhbəri, səs aktyoru və influencer.
Uğurlu influenser kim sayılır və necə uğurlu, insanlara təsir edə bilən influenser olmaq olar?
Uğurlu influencer yəqin ki, elə müraciət etdiyi insanlara təsir edə bilən, inamlarını qazanan birisidir. Düşünürəm ki, əvvəlcə gərək özünü tanıdasan, xarakterini, kim olduğunu, nə işlər gördüyünü, nələri bacardığını. Məsələn ömründə səyahət etməyən biri olaraq səyahətdən danışıb, çoxlu məsləhətlər versəm, yəqin edərsiniz ki, bu qarşı tərəfdən inandırıcı qəbul edilməyəcək. Təsir etmək istədiyin mövzuları həyat tərzində yetəri qədər əks etdirməlisən və inam qazanmalısan.
Dünyadakı və Azərbaycandakı influenser icması arasında hansı fərqlər var?
Dünyadakı və Azərbaycandakı televiziyalar, kino sferası, incəsənət nümunələri arasında fərqlər olduğu kimi influencerlər arasında da var. Bu əslində influencerlə bağlı deyil, onun müraciət etdiyi insanlarla bağlıdır. Çünki cəmiyyətlər fərqlidir, hər birinin də özünə görə doğru və yalnış hesab etdiyi nüanslar var. Konkret fərqləri deyə bilməyəcəm, çünki bu fərqləri görə biləcəyim insanları izləmirəm. :)
Biz sizi influenser kimi tanısaq da, hazırda işlərinizin əksəriyyəti televiziyadadır. Bir sözlə, siz mediada başlayıb işinizə mediada da davam edirsiniz. İzləyici kütləniz bu periodda sizə necə dəstək olurlar?
Bəli, 2014-cü ildə radio sahəsiylə başlamışam, radio aparıcısı olaraq. Elə izləyicilərimin də artmağı o vaxtdan başlayıb. O dövrdən indiyə kimi izləyənlər də var, demək olar hər dəyişimimi görüblər,həmişə də dəstəklərini hiss etdiriblər.
Səyahət, televiziya və radio. Bu 3-dən hansı sizə daha əzizdir?
Yəqin ki, televiziya. Uşaqlıqdan rejissor olmaq arzum olub. İndi bir növ bunu reallaşdırıram. Yeni ideyalar üzərində verilişlər hazırlamaq, hətta kamera arxasında olmaq ən sevdiyim işdir.
Sizcə, influenserlər, bloqerlər və ictimai fiqurlar haqqında hansı yanlış anlaşılmalar var?
Bəzən insanlarda yalnış gözlənti yaranır sanki. Bəzən mənə səyahət bloggeri deyirlər və səyahətdə ( hətta işlə bağlı yox, istirahət müddətimdə) əgər məlumatlandırıcı post paylaşmamışamsa yazmağa başlayırlar: “Özünüz səyahət bloggerisiniz, amma heç nə haqqında, qiymətlər haqqında yazmırsınız”.
Açığı heç vaxt səyahət bloggeriyəm deməmişəm, 2016-2017-ci illərdə qısa müddətlik youtube fəaliyyətim olub səyahətlə bağlı, daha sonra TV-də davam etdirdikdə bunu dayandırmışam. Və bütün məlumatları da aparıcısı olduğum verilişi izləməklə ( youtubeda da izləmək olar) əldə etmək olar. Səhifəmdə isə daha çox estetik, göz oxşayan fotolar paylaşıb, həyat tərzimi əks etdirmək istəyirəm. Bəzi hallarda vaxtim olanda da lap məlumatlı postlar yazmaq.
Bir az uzun cavab oldu, amma bunu da bildirim ki,bloggerlər paylaşımlara başlayanda ilk vaxtdan etdikləri, məlumatlandırmaq olur, sevdikləri məkanlardan, markalardan, makeup vasitələrindən və s.Və artıq bir izləyici sayına çatdıqda, öncədən vurğuladığımız kimi təsir etmə potensialları olduqda, influencer kimi tanınırlar. İctimai fiqurlar isə başqa bir iş görsələr də artıq müəyyən izləyiciyə, onları sevən kütləyə sahib olduqları üçün istəmsizcə belə olsa influencer sayılırlar.
İnsanlar sizi hansı platformalarda tapa bilərlər?
Təbii ki, daha çox aktiv olduğum instagramda. Ancaq ad soyadımı yazmaqla linkedin,facebook, twitter kimi platformalardan da izləyə bilərlər.
Daha çox
Müsahibələr
kateqoriyasından
View All