Hər vaxtınız xeyir, "Trilogy.news" oxucuları. Bu günkü "influnser müsahibələri" rubrikamızın qonağı influnser (@snigarochkaa) Nigardır. Fürsətdən istifadə edərək, təklifimizi qəbul edib, müsahibəmizdə iştirak etdiyi üçün Nigara dərin təşəkkürlərimizi bildiririk.

Zəhmət olmazsa, oxucularımıza özünüz haqqında ən önəmli məlumatları verin. Sizi tanımayanlar da tanımış olsunlar.

Hər kəsə salamlar. Özüm haqda mənə görə ən önəmli sayıla biləcək məlumatları verim. Adım Nigardır. Snigarochkaa səhifəm toy günündən tanınmağa başladı və hər zaman zarafatla da olsa deyirəm ki, bircə rəqs və bir toyun “ekmeğini” ancaq bu qədər yemək olardı. Hər anın dadını çıxarmağa çalışanlardanam. Yemək, səyahət və əyləncə məni izah edən üç söz ola bilər.

Necə uğurlu və insanlara təsir edə bilən influnser olmaq olar?

Mənə görə uğurlu influnser insanlara ən səmimi halı ilə, ən təbii formada xitab edə bilənlərdir. Çünki əks halda axır-əvvəl səmimiyyətsiz birini və paylaşımları insanlar hiss edir. Atalar sözündə də deyildiyi kimi, xalqın gözü tərəzidir. Yəni əgər kiməsə təsir etmək kimi bir istək varsa, həmin auditoriya ilə səmimi olmaq lazımdır.

Dünyadakı və Azərbaycandakı influnser icması arasında hansı fərqlər var?

Bu mövzuda müqayisə etməyi sevmirəm. Çünki düşünürəm ki, auditoriyanın tələbi, marağı nəyədirsə, influnser də özünü və profilini o yöndə göstərir. Ancaq düşüncəm budur ki, bir neçə il əvvələ baxanda bizdə bu sahə çox sürətlə inkişaf edir.

Sizcə, influenserlər, bloqerlər və ictimai fiqurlar haqqında hansı yanlış anlaşılmalar var?

Fikrimcə, bir az məşhurlaşan hər kəsdən bütün situasiyalarda yalnız və yalnız doğru addım atmağını gözləmək yanlışdır. Onların da səhv etmək, çaşmaq və büdrəmək kimi haqları var.

Bir çox insan sosial media üzərindən pul qazanılan və böyük kütləyə xitab edilə bilən bu işə ciddi yanaşmır. İnflunserliyin güclü iş və ən əsası biznes olduğunu necə anlaya bilərik?

Yeniliyə açıq olmayan və ya yeniliyi gec mənimsəyən insanlar adətən çətinlik çəkirlər. Bu da o mövzulardan biridir. Bir çoxuna görə durub, hazırlaşıb, işə getmədinsə, bu, iş sayılmır. Və ya bəzən gün ərzində işə getməyib, sırf sosial media vasitəsilə qazananlara baxıb, bunun haqsızlıq olduğunu belə düşünənlər olur. Amma bu gerçəkləri dəyişmir. İnflunserlik artıq həyatın bir parçasıdır, işdir və insanlar karyerasını bunun üzərində qurur.

İnflunser olmaq istəyənlərə məsləhətiniz nə olardı?

Bu işə sırf “o elədi, mən də edim” deyə girişməmək lazımdır deyə düşünürəm. Ümumiyyətlə, məncə, bütün sahələr belədir. Hər kəs özünə uyğun olan sahəni tapmalıdır. Paylaşımlar etmək, insanların fikrini oxumaq, virtual olaraq insanlarla əlaqədə olmaq sizə xoş gəlirsə, bu işi sınamağa dəyər.

İnsanlar sizi hansı platformalarda tapa bilərlər?

Məni “Instagram” və “TikTok”da “snigarochkaa” yazaraq tapa biləsiniz.

Posted 
Aug 4, 2022
 in 
Müsahibələr
 category

Daha çox

Müsahibələr

 kateqoriyasından

View All