G

oogle-un bu il Türkiyədə istifadəyə verdiyi zəlzələ xəbərdarlıq sistemi Alanya sahillərində baş verən 5,3 bal gücündə zəlzələni 1 dəqiqə əvvəl proqnozlaşdırıb və istifadəçilərinə səsli xəbərdarlıq göndərib.

Bəs Google bunu necə etdi? "Android"in zəlzələ xəbərdarlığı sistemini necə aktivləşdirmək olar?


Afət və Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 06:21-də Antalyanın Alanya rayonu yaxınlığında Aralıq dənizində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələdən təxminən 1 dəqiqə əvvəl Google Android-in zəlzələ ilə bağlı erkən xəbərdarlıq sistemindən həmin ərazidə yaşayan istifadəçilərə 5,3 bal gücündə zəlzələ olacağı barədə səsli və vizual xəbərdarlıq mesajı göndərilib.


Google-un zəlzələ xəbərdarlığı sistemi nədir?



Keçən il Google Android cihazlarının istifadə edərək dünyanın ən böyük zəlzələ aşkarlama şəbəkəsini qurmaq üçün yeni sistem hazırlayıb.  Bu pulsuz sistem zərər çəkmiş ərazidəki insanların zəlzələ baş verməzdən bir neçə saniyə əvvəl xəbərdarlıq almasını təmin etmək məqsədi daşıyır.  Texnologiya nəhəngi üzərinə götürdüyü missiya ilə çox əhəmiyyətli olan zəlzələ xəbərdarlığı sistemini ölkəmizdə də işə salmağa qərar verib.



Google bu yaxınlarda sistemi Türkiyədə istifadəyə verdi.  Türkiyədən başqa Filippin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da bir müddətdir ki, Android zəlzələ xəbərdarlığı sistemindən istifadə edir. Hələ ölkəmizdə aktivləşdirilməsə də qeyd edilən ölkədə yaşayan həmvətənlilərimiz bu üsul ilə cihazlarında bu funksiyanı aktivləşdirə bilərlər.

Android zəlzələ xəbərdarlığı sistemini necə yandırmaq olar?


Zəlzələ bildirişlərin qəbul etmək üçün sizdə WiFi və ya data aktiv olmalıdır.


• Telefonunuzun Parametrlərini açın.
• Məkan, sonra Qabaqcıl, sonra Zəlzələ xəbərdarlıqlarına toxunun.
• Zəlzələ xəbərdarlığını yandırın və ya söndürün.

Posted 
Jan 5, 2022
 in 
Məqalələr
 category

Daha çox

Məqalələr

 kateqoriyasından

View All