NICKERS, “Twitter”ın “Fleets” funksiyasını son dəfə istifadə etmək istəyərkən aclığına yenik düşən sosial media menecerinin qurbanı oldu.
“Instagram”, “Snapchat” və “Facebook”un təqdim etdiyi hekayə funksiyasına rəqib olaraq təqdim edilən “Twitter”in “Fleets” funksiyası 3 avqustdan etibarən ləğv edildi. Keçən ilin mart ayında test edilməyə başlanan funksiya heç bir ili tamamlamadan ləğv edildi.
Markalar hər zaman sosial media platformalarının ən yeni funksiyasını anında istifadə etmək istəyir. Ancaq “SNICKERS” bu mövzuda bir az tərs gediş etdi. “Fleets” funksiyası ləğv edilmədən son dəfə müsabiqə həyata keçirmək istəyən “SNICKERS”, gün hesabını tutdura bilmədi.
“Fleets” funksiyasının ləğv edildiyi 3 avqust tarixi eyni zamanda “SNICKERS” tərəfindən “Grab Some Nuts” günü olaraq qeyd edilir. O günə məxsus çəkiliş etmək istəyən marka isə 2 avqust günü hazırladığı şəkillərdə sadəcə “fleets”ə özəl bir çəkiliş həyata keçirdiyini qeyd edir. Ancaq bir problem var ki, “Fleets” funksiyası bir gün sonra ləğv ediləcəkdi.
Bəs, “SNICKERS” niyə ləğv edilmək üzrə olan bir funksiyanı istifadə edərək kampaniya həyata keçirmək istəyib? Bəlkə də sosial media meneceri ac olub və belə bir xəta etməməsi üçün “SNICKERS”ə ehtiyacı vardı.
Atılan tweet ilə birgə “fleets” üzərindən çəkiliş edəcəyini elan edən “SNICKERS”a istifadəçilərdən müxtəlif rəylər gəldi. Marka, zarafatını davam etdirir və sanki bu funksiyanın ləğv ediləcəyindən xəbəri yoxmuş kimi davranaraq 3 avqustu gözləyin çağrışı etdi. Bir müddət sonra yeni bir zarafatyana tweet ataraq sosial media menecerinin çox acdığı üçün xəta etdiyini söylədi. “Grab Some Nuts” gününə özəl çəkiliş isə bu tweet-in altına yazılan rəylər üzərindən edildi.
Kampaniya, BBDO New York və Mars Wrigley daxilində olan sosial media və rəqəmsal studiyası “The Hive” ilə birgə hazırlandı. “You’re Not You You’re Hungry” (Ackən Sən Sən Deyilsən) mottosu ilə bilinən “SNICKERS”in “fleets” ləğv edilmədən öncə atdığı tweet-ə rəqib markalar da zarafatyana rəylərlə cavab verdi.